vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
13:54 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmmədyarov Nalbandyanla Brüsseldə görüşəcək

Azərbaycan XİN-dən açıqlama gəldi

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü Brüsseldə baş tutacaq. Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00-da) olacaq.


***


10:41

Bu gün Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mauerbax şəhərində, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək.

Virtualaz.org diplomatik mənbələrə istinadən xəbər verir ki, görüşdə Ermənistan tərəfdən xarici işlər naziri Edvard Nalbandyanın iştirakı təsdiqlənib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov da öz növbəsində rəsmi Bakının danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək, nazirlərin görüşü işğalçı Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında təmas xəttində gərginliyin yeni eskalasiyası fonunda keçir. Belə ki, ötən həftə Fizuli rayonunun Alxanlı kəndinin erməni işğalçıları tərəfindən atəşə tutulmasından sonra dinc Azərbaycan vətəndaşlarının həlak olması cəbhədəki vəziyyəti gərginləşdirib.

Xatırladaq ki, nazirlər ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə iştirak üçün Avstriyadadırlar. «Dialoq və əməkdaşlıq yolu ilə etimadın qurulması» şüarı altında keçiriləcək iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər üzrə federal naziri Sebastyan Kurts sədrlik edəcək.

ATƏT-ə üzv 57 ölkənin təmsil olunacağı görüşdə əsasən qurum ərazisindəki münaqişələr, təhlükəsizliyə yönəlmiş təhdidlər, terrorla mübarizə, insan hüquqları, qanunun aliliyi və demokratiya, həmçinin bu il 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasına hazırlıq məsələləri diqqətdə olacaq.

Görüş çərçivəsində həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşü də planlaşdırılır.