vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
22:03 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-i nə gözləyir?

Böyük Britaniya boyda ərazini qısa müddətdə işğal edən və əldən verən terrorçuların qorxulu planları

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü İraq-Şam İslam Dövləti adlandıran qruplaşmanın (İŞİD) xilafət elan etdiyi İraqın şimalında yerləşən Mosul şəhəri İraq hökuməti tərəfindən «azad» elan olunub. Bu, tezliklə İraq-Şam İslam Dövlətinin Suriyada paytaxt elan etdiyi Raqqa şəhərində də baş verə bilər.


Bəs təşkilat necə davam gətirə bilir?


İraq dövləti bildirib ki, özünü İraq-Şam İslam Dövləti adlandıran - eləcə də - İraqın şimalındakı Mosul şəhərində xəlifəlik yaradan qruplaşma artıq şəhərdən boşaldılıb.

Xəlifəliyin şimali Suriyada paytaxt elan etdiyi Raqqada isə ABŞ-n dəstəklədiyi qüvvələr «artıq» şəhərin idarəsini ələ keçirməyə hazırlaşırlar.

Nəticə olaraq, bir vaxtlar Suriya və İraqın böyük ərazisini idarə edən İŞİD döyüşçülərinin sıraları kəskin şəkildə azalıb.

«Təəssüf ki, cavab ürəkaçan deyil», İngiltərədə yerləşən Bradford Universitetinin Sülh Araşdırmaları üzrə Bölməsinin professoru və Nizamsız Müharibə: İŞİD və Yeni Haşiyədən Kənar Təhlükə (Irregular War: Isis and the New Threat from the Margin) adlı kitabın müəllifi Pol Rocers (Paul Rogers) deyir.

«İŞİD-in dəyişərək İraq və Suriyada uzunmüddətli qiyam yaradacağı ilə bağlı artan dəlillər mövcuddur və bu həmçinin, qlobal bir hərəkatı inkişaf etdirir», o BBC-ə deyib.

Digər mütəxəssislər kimi Rocers də cihadçı qruplaşma üzərində qələbəni elan etməyə tələsməyin faydasız olduğunu bildirir.

Əvvəla ona görə ki, Mosulda - döyüşün gözləniləndən daha uzun və çətin keçdiyi yer - qrup möhkəmlik və taktika dəyişmək qabiliyyəti göstərdi.

Eləcə də, davamçı toplamaq və dünyada hücumlar təşkil etmək bacarığını nümayiş etdirdi.

 

Torpaqsız

 

İŞİD-i Mosulun idarəsini 2014-cü ilin iyununda ələ keçirmişdi. Bir neçə həftə ərzində qrup, İraq və Suriyada Birləşmiş Krallıq (242000 kvadrat kilometr) ölçüsündə bir ərazini zəbt etmişdi.

Az keçmədən ABŞ beynəlxalq koalisiyaya rəhbərlik edərək İŞİD-in hər iki ölkədəki mövqelərini bombalamağa başlamışdı. Beləliklə cihadçıların ərazisi kəskin şəkildə azaldı.

Lakin, xəlifəlik süqutun bir addımlığında olan bir zamanda hamını bir sual maraqlandırır: İŞİD-ə nə olacaq?

Pol Rocers deyir ki, inkişaf etməkdə olan üç ssenari sezə bilir.

«Bu həm İraq, həm də Suriyada partizan formasını alacaq və ərazi ilhaq etmədən də davam edə biləcək», o izah edir.

«Həmçinin, dünyaya mesajını yaymağa davam edəcək və bu artıq Filippində gördüyümüz kimi Cənub-Şərqi Asiya və Şimali Afrikada uğurlu alınır. Və eləcə də, düşmən cəbhəsi saydığı Birləşmiş Krallıq, Fransa, Birləşmiş Ştatlar, Almaniya və başqa ölkələrə qarşı məqsədini davam etdirəcək».

İŞİD iyunun 28-i internet üzərindən yaydığı videoda xəlifəliyin itkisini rədd edib və bildirib ki, «bu həqiqət olsa da belə, məğlubiyyət anlamına gəlmir».

«İŞİD itirdiyi hər qarış torpağı geri tələb edəcək», deyə bəyanatda deyilib və davamçılara səslənərək «işlərini görmək» və «yaşadıqları ölkələrin anti-terrorist məqsədlərinə məhəl qoymamaq» bildirilib.

 

Döyüşçülər

 

Hesablamalara əsasən, İraq və Suriyada İŞİD-n tərkibində 40 min xarici hərbçi var. Bəs cihadçı qrup məğlub edildikdən sonra, onların başına nə gələcək?

«Gözdən qaçırmamalı olduğumuz bir fakt var: minlərlə döyüşçü dağılışmayacaq», «New York Times»da çap olunan «Terrorun Anatomiyası: Bin Ladenin ölümündən tutmuş islam dövlətinin yüksəlişin qədər» adlı məqalənin müəllifi Əli Sufan (Ali Soufan) deyir.

«Özlərindən əvvəlki cihadçılar kimi onlar da güc tətbiq etmək üçün alternativ yollar axtaracaqlar».

Paul Rogers düşünür ki, onların əksəriyyəti başqa cihadçı qruplara qoşulacaq.

«İŞİD-çilərin Cənub-Şərqi Asiya, Qafqaz və Şimali Afrika boyunca geniş hərbiləşdirilimiş şəbəkəsi mövcuddur», Londonda yerləşən tədqiqat mərkəzi Ali Birləşmiş Xidmətlər İnstitutundan (RUSI) Karin Von Hipper də bu fikirlə razıdır.

«Bu heç də İŞİD və ya cihadçıların sonu demək deyil», o BBC-ə deyib.

«Zənnimcə, (cihadçılar) gizli fəaliyyətə və problemlər yaratmağa davam edəcəklər və buna səbəb isə İraqdakı uzun müddətdir ki, davam edən qeyri-stabillik və Suriyada bitməyən vətəndaş müharibəsi olacaq».

 

Tərəfdaşlar

 

İŞİD-ə qarşı Mosul və Raqqadakı müharibələr sona ensə də, hər şey regionda hələ uzun müddət davam edəcək qeyri-stabilliyə işarə edir.

Əli Sufan inanır ki, İraq-Şam İslam Dövlətinin varisi onun şərqi Liviyada yerləşən əsas tərəfdaş şəbəkəsi olacaq.

«Bu şəbəkənin bir neçə min üzvü var və çox güman ki, Manchester Arenada (mayın 22-i) baş tutan partlayışı törətmiş Salman Abedini də onlar hazırlayıb», cənab Sufan deyir.

Ekspertlərə görə, Birləşmiş Ştatlar və Qərbdəki müttəfiqləri cihadçı qruplaşmaya qarşı mübarizəsini başqa yerdə davam etdirməli olacaqlar.

«Qısa müddət üçün Qərb, indiyə kimi gördüyü işi davam etdirəcək», Bradford Universitetindən ekspert Pol Rocers BBC-ə deyib.

«Donald Tramp administrasiyasının hərbi gücü artırdığı və Obama administrasiyasından fərqli olaraq, ABŞ ordusuna daha çox azadlıq verdiyini görürük», o əlavə edib.

Fəqət strategiya, mütəxəssis bildirib, heç bir bəhrə vermir.

«Ərazidə ABŞ müharibəsinin başlanmasından 17 il ötüb və Qərbi Avropada qeyri-təhlükəsizlik 17 əvvəlkindən heç də az deyil... böyük ölçülü sosial problemlər və təcrid mövcuddur ki, onu təkcə Orta Şərq və Afrikaya şamil etmək olmaz».

«Qarşıdakı bir neçə il ərzində başqa bir münasibət formalaşdırmasaq, hər şey daha da pisləşəcək», o, BBC-ə söyləyib. «Biz dəyişikliyi yenidən gözdən keçirməli və fərqli yanaşmadan istifadə etməyə başlamalıyıq. Lakin, hazırkı siyasi iqlimdə bu dəyişiklikləri müzakirə etmək asan məsələ deyil».