vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SAHİBKARLIQ  
20:13 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xudaverdiyanın Bakıda taksi biznesi?

«Uber» və «Yandeks» taksi şirkətləri birləşir

Rusiyada və bir sıra digər ölkələrdə «Yandeks» və «Uber» şirkətləri onlayn daşınma bizneslərini birləşdirmək qərarı veriblər.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, «Yandeks» internet şirkəti və «Uber» taksiləri Rusiyada və bir sıra digər ölkələrdə (Belarusda, Ermənistanda, Gürcüstanda və Qazaxıstanda) bizneslərini birləşdirirlər. Bu ölkələrin siyahısına Azərbaycan da daxildir.

«Yandeks»in verdiyi məlumata əsasən, tərəfdaşlar adı çəkilmiş ölkələrdə «UberEats» adlı qida çatdırılma servisi də yaradırlar.

Birgə şirkətə «Uber» 225 milyon, «Yandeks» isə 100 milyon dollar sərmayə yatıracaq. Yeni yaradılan şirkətin ümumi dəyəri 3,725 milyard dollar həcmində qiymətləndirilir. Sövdələşmənin 2017-ci ilin dekabr ayında bağlanacağı gözlənilir. Bundan sonra yeni şirkətin səhmlərinin 59,3 faizi «Yandeks»ə, 36,6 faizi «Uber»ə, 4,1 faizi isə əməkdaşlara məxsus olacaq.

Qeyd edildiyinə görə, yeni yaradılan şirkətə «Yandeks.Taksi»nin baş direktoru erməni əsilli Tiqran Xudaverdiyan rəhbərlik edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *