vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
14:34 | 14 iyul 2017 | Cümə Məqaləyə 1373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerusəlimdə atışma - yaralananlar var

Son iki ildə İsrail polisinə hücumların sayı artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Yerusəlimdə, Məbəd dağı yaxınlığında atışma baş verib. Üç nəfərin polis əməkdaşlarına atəş açaraq üç nəfəri yaraladıqları bildirilib. Atəş açanlar bundan sonra öldürülüb.

Polisin məlumatına əsasən, hücum edənlər Qədim şəhərin Şir darvazası qarşısında qəflətən atəş açmağa başlayaraq Məbəd dağında gizlənməyə çalışıblar.

Ancaq polis onların yerini aşkar etdikdən sonra atışma gedişində hücumçuların üçü də öldürülmüşdü.

Yerli medianın məlumatına əsasən, ölənlərin üstündə odlu silah və bıçaqlar tapılıb.

Hücumçuların kimliyi barədə məlumat açıqlanmır.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Onlardan ikisinin vəziyyətinin kritik olduğu bildirilir.

Hazırda baş vermiş hadisə ilə bağlı Məbəd dağına giriş bağlanıb, ziyarətçilər ərazidən evakuasiya olunub.

Məbəd dağı - yəhudilər və müsəlmanlar üçün müqəddəs bir yer sayılır.

Məbəd dağı Şərqi Yerusəlimdə (Şərqi Qüdsdə) yerləşir.

Fələstinlilər Şərqi Yerusəlimdə öz gələcək dövlətlərinin paytaxtı sayır, İsrail isə təkid edir ki, şəhər bütünlükdə İsrail dövlətinin vahid və bölünməz paytaxtıdır.