vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
11:35 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1797 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bahalaşıb

«Azeri Light» 50 dollara yaxınlaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya birjalarında neft bahalaşıb. «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbədən verilən məlumata görə, artım Azərbaycan neftinin qiymətində də hiss olunub. Belə ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 49,22 dollar/barel təşkil edib ki, bu da 1 gün öncəki göstəricidən 0,36 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti isə 48,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti 46,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin sonuncu qiyməti isə 48,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Dünya birjalarında neftin qiymətinə gəlincə, Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barrelinin qiyməti 0,15 dollar artaraq 46,07 dollar təşkil edib. Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar artaraq 49,39 dollar olub.