Seks və qadın düşkünləridirlər
Rakkadan qaçan İŞİD gəlinlərinin şok etirafları
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
Suriyanın cənubunda üsyan
Əsədə qarşı ayağa qalxan xalq qubernatorun binasını yandırıb
-
PKK əl çəkir, ABŞ yox ...
Patrul əməliyyatları bərpa edildi
-
“Neft və taxıl daşıyırlar”
Çin ABŞ qaçaqmalçılıqda günahlandırır
-
Moskva Ankaraya qarşı ...
Rusiya terror təşkilatlarına dəstək göndərdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Məzlumun yalvarışları ...
“Türk tanklarının Suriya girməsi son döyüşümüz olacaq”
-
Türkiyə “Ərəb baharı”na son qoyur
Tarixi barışıq ola bilər
-
İsrail aviasiyası Suriyanı vurdu
Növbəti hücum zamanı 4 əsgər həlak olub
-
Təhlükəsiz bölgə israrı
Hava hücumundan sonra quru əməliyyatları gözlənilir
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
İranın Suriyadakı bazasına növbəti zərbə
“Apaçi”lər 3 avtomobili və xeyli sayda yaraqlını məhv edib
-
Ermənistan vətəndaşlığı şərtləri sərtləşdirirlir
Ən çox müraciət Yaxın Şərq, Suriya, Livan və İordaniyadan olur
ABŞ-ın dəstəyi ilə Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir. VAXT.AZ «Ölkə.Az»a istinadən xəbər verir ki, CNN telekanalı bir qaçqın düşərgəsində yaşayan terrorçuların arvadları ilə görüşüb. Müsəlman, dindar kişilərlə yeni bir həyat qurmaq ümidi ilə Rakkaya gedən bir çox qadının xəyalları paramparça olub. İndoneziyalı bir qadın «cihat deyirlər, amma sadəcə qadın və seks barədə düşünürlər», - deyib.
Fransalı Səidə İŞİD terrorçusu ərinin ölümündən sonra ölkəsinə qayıtmaq arzusundadır. Suriyalı ingilis dili müəlliməsi Mey Türkiyəyə qaçmaq istərkən Rakkaya gedib. Burada mərakeşli bir İŞİD döyüşçüsünə aşiq olub orada qalır. İndoneziyalı üç bacı isə İŞİD-in pulsuz səhiyyə və təhsil vədlərinə aldanıblar.
Fransız gəlini
Səidə Fransanın cənubundakı Montpellier şəhərində anadan olub. İŞİD-in güclü, dindar bir kişi ilə yeni bir həyat qurma vədinə aldanaraq qruplaşmaya qoşulub. Rakkaya gələrək «madafa» adlı qadınlar yataqxanasına yerləşdirilib. Səidə deyir: «Bura gələndə bir CV hazırlayırsınız, adınız, yaşınız, bacarıqlarınız, necə bir kişi axtardığınızı qeyd edirsiniz. Kişilər də CV göndərir. 15-20 dəqiqəlik görüşlər olur. Sonra da hə və ya yox cavabı verirsiniz. İkinizin də cavabı müsbət olsa, evlənirsiniz. Hər şey çox sürətli olur».
Səidə Yasin adlı bir terrorçu ilə ailə qurur. 14 aylıq bir körpəsi var. Rakkadan qaça bilmək üçün bir çobana 6 min dollar ödəyib. Əri Yasin isə qaçanda öldürülüb. Onun indi ən böyük arzusu vətəninə qayıtmaq və çimərlikdə istirahət etməkdir: «Həyatı sevirəm. İşləməyi sevirəm. Cins şalvarımı sevirəm. Makiyajı sevirəm. Anamı və atamı sevirəm. Arzuladığım tək şey evə qayıtmaq, maşın almaq və səyahətə çıxmaqdır».
Homslu ingilis dili müəlliməsi Mey
Mey Homslu ingilis dili müəlliməsidir. Türkiyəyə qaçarkən yolu Rakkadan düşüb. İlk ərinin snayper atəşi ilə öldürülməsindən sonra qaçmağa qərar verib. Uşaqları ilə Rakkadakı bir dostunun evinə sığınanda qapı qonşusu Bilal ilə tanış olub. Mey «Düşünürəm ki onu mənə Allah göndərib», - deyir. Kobanidə əsir olan Bilalın sülhsevər, müharibəni sevməyən bir şəxs olduğunu bildirir. Mey bildirir ki, avropalı qadınlara İŞİD-ə gələndə güclü, silahlı, onları qoruya biləcək avropalı kişilər axtarırlar. Amma çox vaxt ümidləri boşa çıxır. Çünki 3-4 gün sonra və ya bir ay sonra boşanırlar. Elə qadınlar var ki, 6 dəfə boşanıb evlənib. Qazılar qadınları şallaq və həbslə hədələyirlər.
Qadın və seks düşkünləri
İndoneziyanın paytaxtı Cakartadan Rakkaya getmək üçün külli miqdarda pul ödəyən üç bacı müsəlman dindar kişi saydıqları İŞİD terrorçularından narazıdırlar: «Allah üçün cihad deyirlər, amma sadəcə qadın və seks düşkünləridirlər. İyrəncdir. Bir dul qadınla evləndiklərində bir neçə min dollar aldıqlarını eşitdim. Axşamdan sabah evlənmək istədiklərini xəbər verirlər».
Nur xüsusilə də qadın yataqxanasında davalardan və intriqalardan şok olub: «Yataqxanadakı qadınların hərəkəti İslamdan çox uzaqdır. Bir-birlərinə qışqırırlar, dedi-qodu edirlər, dalaşırlar. Çox pərişan olmuşdum».
Rahmanın xərçəng xəstəliyi və Finanın kompüter təhsili üçün Rakkaya gəldiklərini bildirən 3 qadın hazırda İndoneziyaya qayıtmaq istəyirlər.