vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
XADİM  
09:53 | 17 yanvar 2014 | Cümə Məqaləyə 3624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xan»ın qəhrəmanı

AXCP sədrinin müavinini Vasif Talıbova bağlayan əl...

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

İctimai Palatanın 2011-ci ildə təşkil etdiyi 2 və 17 aprel aksiyalarında saxlanılanlardan 14 nəfəri haqqında cinayət işi qaldırılmışdı. Onlardan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının əvvəlcə zaminə buraxılması, daha sonra isə məhkəmədə həbsinin şərti cəza ilə əvəz olunması hələ indiyə qədər də şübhəli və müəmmalı qalırdı.

Vaxt.az bu barədə çox maraqlı bir məlumat əldə edib. Mənbəmiz and-aman edir ki, Fuad Qəhrəmanlının qardaşı «İcraçı Kredit Təşkilatı» MMC-nin (Bank olmayan kredit təşkilatı) Naxçıvan şəhərindəki nümayəndəsi Ağamməd Quliyevin müavini vəzifəsində işləyir. Polad Qəhrəmanlı müavin olmasına baxmayaraq, təşkilatdakı bütün vacib, o cümlədən pulla bağlı məsələlərə şəxsən özü nəzarət edir. Məlumatda o da bildirilir ki, Polad Qəhrəmanlının adı Vasif Talıbova yaxın və etibarlı adamların sırasında çəkilir. «Xan»ın pullarının böyük bir qismi AXCP sədri müavinin yaxın qohumunun əlindən gəlib keçir. Deyilənə görə, aprel mitinqlərində Fuad Qəhrəmanlının həbs olunmasının qarşısını alan da qardaşı Poladdır.
Mənbəmiz onu da xatırlatdı ki, hələ bir müddət əvvəl «Azadlıq»ın keçmiş əməkdaşı, indi xaricdə siyasi mühacir həyatı yaşayan Mirzə Sakit AXCP-ni onun adına göndərilən pulun mənimsənməkdə ittiham etmiş və bununla bağlı bir neçə dəfə kəskin açıqlamalar vermişdi. Bu açıqlamaların birində satirik şair həbsdə olarkən «Sərhədsiz reportyorlar»ın ona ayırdığı iri həcmdə yardımın məhz Fuad Qəhrəmanlı tərəfindən mənimsənildiyini iddia etmişdi. M.Sakit AXCP sədrinin müavinin bu pula xarici markalı maşın aldığını da demişdi. Fuad Qəhrəmanlı isə bu iddianı təkzib edərək «o maşını mənə qardaşım alıb» cavabını vermişdi. Həmin hadisələri xatırlayanda deyilənlər məlumatın doğruluğuna inanmağa əsas verir.
Digər tərəfdən Fuad Qəhrəmanlının hakimiyyət nümayəndələri ilə ailə bağlılığı bununla bitmir. Belə ki, AXCP sədrinin qayınatasının qardaşı sabiq millət vəkili, Daşkəsən rayon icra başçısı Əhəd Abıyevdir.