vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
23:38 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolları nə gözləyir?

FED növbəti ildən faizləri daha sürətlə artıracaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Dolların qlobal valyuta bazarlarında ucuzlaşması ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti ildən uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq.

«Report»un analitik qrupu bildirir ki, hazırda ABŞ hökuməti dolların süni surətdə ucuzlaşmasını təmin edir. Əsasən siyasi açıqlamalarla ucuzlaşdırılmağa çalışılan dolların məzənnəsi ABŞ-ın ixracının artmasına, o da öz növbəsində iqtisadiyyatın sürətlənməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, dolların əsas rəqibi avro ilə müqayisədə məzənnəsi yanvar ayının 3-də cari ilin minimal səviyyəsi olan 1,0339-a qədər möhkəmlənib. Hazırda isə dolların məzənnəsi minimal səviyyədən, yəni ilin əvvəlindən 11,6% ucuzlaşıb və USD/EUR məzənnəsinin 1,1540 səviyyəsinə yüksəlib.

Məzənnənin ucuzlaşmasının ABŞ iqtisadiyyatına müsbət təsirinin ilin son rübündən etibarən müşahidə ediləcəyi gözlənilir. Neftin qiymətinin enməsindən sonra inflyasiya artımında yaranan yavaşlama son 2 ildə FED-in daha yumşaq uçot dərəcəsini artırmasına səbəb olub. Lakin, növbəti ildən FED-in daha aqressiv monetar siyasət yürüdəcəyi, nəticədə dolların sürətlə möhkəmlənəcəyi, xammal qiymətlərinin isə kəskin düşəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2017-ci ildə dünyanın inkişaf etməkdə olan, xüsusilə də Çin və Rusiya kimi xammal ixrac edən ölkələrindən maliyyə vəsaitlərinin əsasən ABŞ-a transferi davam edir. Bu da öz növbəsində ABŞ-da yeni iş yerlərinin yaranmasına, inflyasiyanın sürətlənməsinə, əmlak qiymətlərinin artmasına gətirib çıxararaq, FED-in uçot dərəcəsini artırmasına dəstək verəcək.