vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
10:44 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ separatçılar haqda şərhi onlara layiq bilmədi

Dövlət Departamenti «Malorossiya» yaradılması haqda...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamentində «Malorossiya» yaradılması ideyasını şərh ediblər. Virtualaz.org «İnterfaks»a istinadən bildirir ki, Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert deyib: «Biz eşitmişik ki, özlərini yığma qoşun döyüşçüləri adlandırılanlar Ukrayna ərazisində hansısa yeni dövlət yaratmaq istəyirlər və bu bizdə narahatlığa səbəb olmaya bilməz».

O həmçinin əlavə edib ki, həmin döyüşçüləri bu mövzu üzrə ətraflı şərhə layiq görməyi lazımlı hesab etmir.

Xatırladaq ki, dünən Ukraynanın şərqində «Donetsk Xalq Respublikası»nın rəhbəri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək «Malorossiya» adlı yeni konfederativ dövlət yaratdıqlarını elan edib. Zaxarçenko yeni dövlətə «Donetsk və Luqansk xalq respublikalarının» daxil olduğunu açıqlayıb.

Zaxarçaneko elan edib ki, «Malorossiya»nın paytaxtı Donetsk şəhəri olacaq. «Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik»-Zaxarçenko təntənəli şəkildə elan edib. «Biz yeni dövlətin «Malorossiya» adlandırılmasına razıyıq, çünki «Ukrayna» adı nüfuzdan düşüb»-rusiyayönümlü separatçı bildirib.