vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
12:35 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2274 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan Karapetyanın yerinə keçmək istəyini gizlətmir

Armen Badalyan: «Suverenliyi olmayan ölkələrdə bu tip məsələlər xaricdə həll olunur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan öz siyasi gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib. «Armenia» telekanalının «R-Evolyusiya» proqramına qonaq olan Sərkisyan aparıcı Satik Seyranyanın bununla bağlı suallarını cavablandırıb. Jurnalist ondan 2018-ci ilin aprelində başa çatacaq prezidentlik müddətindən sonra baş nazir postunu tutub-tutmamaq istəyi barədə soruşub.

Sərkisyanın bu suala verdiyi təpki olduqca müəmmalı və qeyri-müəyyən olub: «Doğrudanmı bu məsələ o dərəcədə əhəmiyyət kəsb edir?».

Daha sonra Ermənistan prezidenti mövzunu davam etdirərək hansı partiyanın parlamentdə səs çoxluğu varsa, onun da baş nazirliyə namizəd irəli sürmək hüququna malik olduğunu deyib.

Siyasi analitik Armen Baqdasaryanın fikrincə, Serj Sərkisyan son müsahibəsində 2018-ci ilin aprelindən sonra baş nazir postunu tutmaq istədiyini açıqca söyləyib: «O sadəcə bu məsələnin onun üçün ciddi əhəmiyyət kəsb etmədiyinə aydınlıq gətirib. Prezident baş nazirlik məsələsinin parlamentdəki partiya çoxluğu tərəfindən həll olunacağını olduğu kimi diqqətə çatdırdı. Nəzərə alaq ki, hazırkı baş nazir Karen Karapetyanın belə bir partiya dəstəyi yoxdur. Hakim partiyanın bütün ixtiyarı Serj Sərkisyanın əlindədir. Ona görə Sərkisyan bu vəzifənin onun təbii haqqı olduğunu, istədiyi vaxt kiməsə verəcəyini, istədiyi zamanda da ondan alacağını bildirdi. Onsuz da baş nazir olmasa belə partiya lideri statusu ona ölkəni faktiki surətdə rəhbərlik etməyə ixtiyar verir. Bu səbəbdən əslində Sərkisyan haqlıdır. Bu məsələnin onun üçün ciddi bir əhəmiyyəti yoxdur».

Lakin Ermənistanda məsələyə ayrı cəhətdən yanaşanlar da var.

Erməni politoloq Akop Badalyana görə, Serj Sərkisyan öz müsahibəsində hələ baş nazir olub-olmamaycağını söyləməyib. Badalyan Sərkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra bu postu tutmaq istədiyinə də şübhə ilə yanaşır: İqtisadiyyatda hansısa yaxşılığa doğru dəyişiklik perspektivi yoxdur. Serj Sərkisyan belə bir vaxtda iqtisadi məsuliyyətə görə cavab verməli olacaq vəzifəni üzərinə götürməz. Sərkisyanın bu məsələnin onun üçün əhəmiyyət daşımadığını söyləməsi də bunu göstərir. Sərkisyan əslində özünü daha rahat hiss etdiyi mexanizmi artıq yaradıb. O, baş nazir olmasa belə Ermənistan Respublika Partyasının sədrliyini əlindən burxamamaqla situasiyanı heç bir hüquqi məsuliyyət daşımadan nəzarətdə saxlaya biləcəyini göstərib».

Digər siyasi ekspert Armen Badalyan isə bu tip məsələlərin iki yolla: yəni ya ölkə daxilində, ya da onun hüdudları xaricində həll olunduğunu bildirib.

«Qeyri-demokratik ölkələrdə bu cür məsələlər hakim partiya sisteminin daxilində və ya kulis danışıqlarında həll olunur. Suverenliyi olmayan ölkələrdə isə bənzər problemlər yalnız onun hüdudları xaricində öz cavabını tapır. Ermənistanda da eyni proses onun xaricində baş verəcək. Lakin bunun Rusiya və ya Qərb olacağını müəyyən etmək çətindir».