vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
16:50 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın başı üzərində sərt küləklər

Prezidentin oğlunun rus vəkillə görüşü Konqresin iki komitəsi tərəfindən dərindən araşdırılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, bir vaxtlar Şərqi Avropadan Birləşmiş Ştatlara 1,4 milyard dollarlıq çirkli pul ötürən Rusiya mənşəli amerikalı biznesmen prezident Donald Trampın oğlunun rusiyalı vəkillə görüşündə iştirak edib.

Məqalədə deyilir ki, İrakli «Ike» Kaveladzenin 2016-cı il iyunun 9-da «Trump Tower»dəki görüşdə iştirak etməsi təsdiqlənib .

Donald Trampın böyük oğlu rusiyalı vəkillə görüşə, ondan Hillari Klintona aid ziyanlı informasiyanı almaq üçün getmişdi.

Bundan əvvəl bəlli olmuşdu ki, rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşdə keçmiş sovet kəşfiyyatçısı Rinat Axmetşin də olub.

Kaveladzeyə gəlincə isə 2000-ci ildə «New York Times» qəzeti onun 2,000 ofşor şirkəti vasitəsilə 1, 4 milyard dollarlıq çirkli vəsaiti yumasından yazmışdı.

Kaveladze və onun vəkili Balber «The Guardian» qəzetinin sorğusuna dərhal cavab verməyiblər.

«The Guardian» yazır ki, belə açıqlamalar Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə iddiaları daha da kəskinləşdirib.

«The Guardian» yazır ki, hələ görüşdən əvvəl oğul Donald Trampın Hillari Klintona dair gözdən salan məlumatı almaq istədiyi bəlli idi.

Həm də bu informasiyanın Rusiya maqnatı Ağalarov vasitəsilə Rusiya hökumətinin Trampın seçki kampaniyasına dəstəyi kimi verildiyi bildirilirdi.

«The Guardian» yazır ki, son məlumatlara görə Veselnitskaya ilə görüşdə Axmetşindən başqa Kaveladze də olub.

Məqalədə deyilir ki, bütün bunlar çox böyük ehtimalla Konqresin iki komitəsi tərəfindən dərindən araşdırılacaq.

«The Guardian» yazır ki, Trampın kürəkəni Kuşner dövlət qulluğuna daxil olarkən bu görüşün təfərrüatları barədə məlumat verməyib.

Prezident Tramp isə iddia edir ki, onun oğlunun ruslarla görüşü normal müxalifətçi araşdırması olub.

Lakin Konqresdəki hər iki partiya bu yanaşmanı rədd edir və bildirir ki, Tramp kampaniyası bu görüşün təfərrüatlartını FTB-yə bildirməıliydi.

Akhmetshin bildirir ki, oğul Trampın iddialarına rəğmən vəkil Veseltinskaya ona bir qovluq sənəd verib.