vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
17:35 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 3045 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sumqayıtda daha bir kütləvi zəhərlənmə...

12 nəfər bu dəfə qazdan zəhərlənib

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Bu barədə Modern.az-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının müalicə işləri üzrə müavini Mirnazir Muxtarov məlumat verib.

Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Belə ki, axşam 23:40 radələrindən, 03:45-ə qədər 12 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.

Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Mətanət Hacı qızı Abdullayevanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan o da evə buraxılıb.

Məlumata görə, həmin şəxslər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan zəhərləniblər.