vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:49 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yükdaşımalar 500 min konteynerədək artacaq

Sahibkarlar hər il iki milyon ton yük göndərə biləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

«Trend» xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov Qars vilayətində tikinti işlərinin gedişi ilə tanış olarkən deyib.

O qeyd edib ki, sahibkarlar hər il BTQ vasitəsilə imtiyazla iki milyon ton yük göndərə biləcəklər: «Gələcəkdə isə bu marşrut üzrə yükdaşıma artırılacaq».

C.Qurbanov ümid etdiyini bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq.