vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9349 AZN
Rusiya rublu 1 RUB = 0.0253 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1620 AZN
Türk lirəsi 1 TRY = 0.2835 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
19:04 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Bank qaydaları dəyişdi

Banklar hansı növ kredit verə bilməz?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları»nda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, AMB artıq banklara məqsədli kreditlər verə bilməz.

«Report» bu barədə AMB-nin İdarə Heyətinin qərarına istinadən xəbər verir.

Bu qərar «Azərbaycan Mərkəzi Bankı haqqında» qanunda dəyişikliklər edilməsi barədə» 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında Prezidentin sərəncamının icrası məqsədilə ilə həyata keçirilib.

Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də «Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib. Dəyişiklikdən əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. 49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *