vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNEY  
19:13 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1937 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rejim türkcəmizə baxanda daha sərt davranır»

Məmməd Ənsari: «Hakimiyyət musiqiyə sənət kimi deyil, propaqanda vasitəsi kimi baxır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Məmməd Ənsarinin sözlərinə görə, İranda musiqi sahəsində çalışanların bir çoxu islahatçı ya mühafizəkar qanadların himayəsindən yararlanaraq fəaliyyət göstərə bilirlər. Təbrizli bəstəkar Amerikanın Səsinə müsahibədə İranda musiqiçilərin hakimiyyətlə əlaqəsini dəyərləndirərək Həsən Ruhani dönəmində musiqi sahəsində nisbi yumşalmaya dair deyilənlərə münasibət bildirib.

Məmməd Ənsarinin sözlərinə görə, İran İslam Respublikası musiqiyə bir sənət kimi deyil, təbliğat və propaqanda vasitəsi kimi baxmaqdadır. O, bir çox sənətkarın fəaliyyət etmək üçün hakimiyyətin bu baxışına uyğun hərəkət etdiyini ifadə edir.

«İrandakı sistemə baxanda, son onillərdə sənətçilərin əksəriyyəti fəaliyyət göstərmək üçün hakim ideologiyanın xidmətinə alınırlar. Sənət bir propaqanda mikrofonuna çevrilir. Misal üçün farsçılıq və şiəçilik ideologiyaları üçün musiqi sifariş olunur, ya musiqiçilər fəaliyyət göstərmək üçün o şəkildə çıxış etməli olurlar», deyə Təbrizli bəstəkar dilə gətirir.

O, müəyyən siyasi tədbirlər və münasibətlərdə hakimiyyətin musiqiçilərdən necə yararlandığına dair nümunələrə işarə edir: «Saxta bir özgürlük havası yaratmaq üçün, məsələn 22 Bəhmən (İslam İnqilabının ildönümü) şənliklərində şad musiqilər səslənir. Ya da, seçkilər öncəsi konsertlərə daha asan icazə verilir. Siyasi qanadların (islahatçı və mühafizəkar) öz musiqiçiləri var,» deyə Məmməd Ənsari musiqiçilərin bəzi fəaliyyətlərini ancaq bir siyasi qanadın himayəsi altında yürüdə biləcəklərini önə çəkir.

Təhlükəsizlik qurumları Təbrizli musiqiçi Həsən Dəmirçini dəfələrlə həbs edib və musiqi məktəbini qapadıblar.

«Yəni musiqiçilər məcburdurlar ya istəyirlər ki, bu siyasi qanadların yanında çalışalar. İndi bunlara nə qədər sənətkar demək olar, nə qədər musiqiçi demək olar? Bu özü sualdır», deyə Ənsari söyləyir.

Bəstəkarın söz etdiyi şəkildə fəaliyyət göstərən musiqiçilərin bir çoxu mədəni fəallar və bəzi ziyalıların tənqidləri ilə də qarşılaşırlar. Amma, bu növ musiqi fəaliyyətlərini dəstəkləyən mədəni fəalların da sayı az deyil. Onların fikrincə, musiqiçilərin və ümumiyyətlə sənətçilərin mövcud siyasi şəraitdə çalışmaq üçün başqa çarələri yoxdur.

Məmməd Ənsari deyir: «Hər sənətkar özü öz yolunu seçir. Deyək ki, hakim söyləmin/diskursun yanında duranlar buna məcburdurlar. Bu durumda, onları tənqid etmək də hakim fikrin yanında durmayanların haqqıdır. Bunu da qeyd edim ki, əlbəttə içəridə öz sözlərini deyən, öz musiqisini sərgiləməyə çalışan sənətçilər də var. Bunların da bu seçimi bəzən zindan, bəzən işgəncə, bəzən də musiqi məktəblərinin qapanması ilə nəticələnir».

O, Həsən Ruhani dönəmində musiqi sahəsində fəaliyyət üçün bəzi yumşalmalara dair xəbərlərə münasibət bildirir: «Mən gördüyüm qədər, İranda zaman-zaman vəziyyət ya yumşalır və ya da ağırlaşır. Gah sıxırlar, gah buraxırlar. Həsən Ruhani da digərləri kimi... Bu dini və mərkəziyyətçi sistemin heç zaman musiqiyə yaxşı baxışı olmayıb. Məncə, yenə də olmayacaq. Seçkilərdə az yumşalma olubsa, səs üçün olmuş. Bu bəzən Xamneyinin də işinə gəlir. Hər halda o da, seçkilərdə iştirakın çox olduğunu göstərmək istəyir. Sonra basqılar yenidən davam edir».

Ənsari musiqi fəaliyyətləri ilə əlaqəli verilən vədləri Həsən Ruhaninin Urmiya Gölünün canlandırılmasına dair verdiyi vədlər ilə müqayisə edir: «Gördük ki, Ruhani ikinci dövrdə Urmiya Gölü ilə bağlı heç birinci dövrdə verdiyi vədləri də dilə gətirmədi. Sanki, Urmiya Gölü problemi həll olmuş... Həyati bir məsələyə belə laqeyd yanaşdıqlarına görə sistemin heç ciddiyə almadığı musiqi harada yerləşəcək?»

Ənsari mərkəzdən uzaq, o cümlədən qeyri-fars bölgələrdə musiqiçilər üzərindəki nəzarətin daha artıq olduğunu deyir.

«Özəlliklə Azərbaycanda musiqiçilərin İsfahan və Tehranda olduğu kimi renta gəlirlərinə (rant) əlləri çatmır. Bir də İranda biz musiqi deyəndə əsasən sözlə, şeirlə əlaqəli olan musiqi daha çox səhnədə olur. Fars musiqisindəki şeiri hakimiyyət daha rahat anlayır. Amma bizim türkcəmizə baxanda daha sərt davranırlar..,» deyə 21 Azər Simfonik Poemasının müəllifi əlavə edir.