vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
22:35 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Savçenko partiya yaratdı

«Artıq mən yalnız fraksiyadan kənar deputat yox, həmçinin liderəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Ədliyyə nazirliyi «Nadejda Savçenkonun ictimai-siyasi platforması» partiyasını qeydə alıb. Bu barədə Ali Radanın deputatı Nadejda Savçenko özünün «Facebook» səhifəsində yazıb.

«Artıq mən yalnız fraksiyadan kənar deputat yox, həmçinin siyasi partiyanın lideri və sədriyəm», - N.Savçenko yazıb. O qeyd edib ki, «Nadejda Savçenkonun ictimai-siyasi platforması» partiyası iyulun 17-də qeydiyyata alınıb. Partiyanın məqsədi Ukraynada konstitusiya yolu ilə siyasi sistemi dəyişməkdir.

Xatırladaq ki, 2016-cı ilin aprelində Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 25 may 2016-cı ildə isə Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.