vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
22:52 | 20 iyul 2017 | Cümə axşamı Məqaləyə 1600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiyanın millət vəkili Tehrana xəbərdarlıq etdi

«Məktəb və universitetlərdə türk dili tədris olunmalı, türk nazirlərin sayı artmalıdır, əks halda...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda əhalinin təxminən 50 faizinin türk dilində danışdığını deyərək türk dilinin məktəb və universitetlərdə tədris olunmasını və yeni nazirlər kabinetində daha çox türkün yer almasını istəyib.

O bu barədə iyulun 19-da İran parlamentindəki çıxışı zamanı danışıb.

Millət vəkili hökuməti türk dilinin tədrisi ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün tənqid edərək xəbərdarlıq edib ki, türklərdən yeni nazirlər kabinetində istifadə olunmasa, hökumət Türk Bölgələri Fraksiyasına üzv olan 110 millət vəkilinin dəstəyini itirəcək.

«Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər peşəkar, mütəxəssis və layiqli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır», - deyə N.Qazipur bildirib.

Azərbaycanın İranın müasir tarixindəki roluna işarə edən millət vəkili sözlərinin davamında deyib ki, təklif olunan Təhsil naziri konstitusiyanın 15 və 19-cu maddələrini icra etməli, türk dilinin məktəb və universitetlərdə tədris olunmasına şərait yaratmalıdır.

İranda milyonlarla Azərbaycan türkü ana dildə təhsil almaq üçün uzun illərdir mübarizə aparır. İran Konstitusiyasının 15 və 19-cu maddələrində isə ana dildə təhsil deyil, ana dilinin tədris olunması azaddır. Lakin qeyri-fars millətləri üçün nəzərdə tutulan minimum hüquq belə icra olunmur. Ona görə də, bir sıra yerli məsullar, o cümlədən bəzi millət vəkilləri hökumətdən konstitusiyaya əməl etməsini tələb edirlər.