vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
10:34 | 23 iyul 2017 | Bazar Məqaləyə 1762 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azad medianın qənimi»

Mətbuatın siyasiləşməsi prosesi başladanlar indi müxalifətdə olanlardır

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Mətbuat Günü münasibətilə adları mənim siyahımda olan həmkarlarımın hamısını təbrik edirəm. Mən 1990-cı ildən üzü bəri Azərbaycanın ən sayılıb-seçilən qəzetlərində, özü də ən çox sayılıb-seçilən, ən çox oxucuları olan dövrlərdə çalışmışam.

Obyektiv və subyektiv səbəblərdən indi mediamız tamamilə fərqli durumdadır. Amma mən jurnalistikadan uzaqda deyiləm.

Bir il bundan əvvəl mənim baş redaktoru olduğum Pressday.az xəbər portalı fəaliyyətə başlayıb. Məndən başqa heç bir əməkdaşı olmayan bir portaldır. Ötən bir ildə təkbaşına nəyə gücüm çatıbsa, etməyə çalışmışam, heç kimdən heç bir dəstək gözləmədən. Beləcə davam edəcək. Çünki mən jurnalistikaya təsadüfən gəlməmişəm.

Jurnalistlərə verilən evlərlə bağlı hər kəs necə düşünürsə, hətta bəziləri düşünmədən istədiyini yazır. Məsələn, biri yazır ki, ev alan jurnalistlər arasında 10-dan çoxunda «müstəqil jurnalist» yazılmışdı... 

Onlardan biri də mənəm. Və mən sözün həqiqi mənasında təkcə müstəqil jurnalist yox, bu ölkənin müstəqil bir vətəndaşı hesab edirəm. Mənim müstəqilliyimin həddini siz müəyyənləşdirə bilməzsiniz. Çünki mənim üçün həddi-hüdudu yoxdur...

Bir başqası yazır ki, prezident İlham Əliyevin bu «səxavəti»nin səbəbi «azad medianın qənimi» adını üstündən atmaq cəhdidir.

Mən bu gün mediamızın problemsiz olduğunu iddia etməkdən tamamilə uzağam. Amma xanımlar və cənablar, «azad medianın qənimi» məsələsi, bilirsiniz nə vaxt ortaya çıxıb? 1994-95-ci illərdən. Medianın siyasiləşməsi prosesi başlayandan. O prosesin başında duranların əksəriyyəti indi müxalifətdədir. İnanmırsınız?

Vaxt qıtlığıdır, inşallah, gələn həftə bu haqda geniş yazacağam. Mən bütün bu proseslərin iştirakçısıyam, bunu da unutmayın ha...

Yol üstdəyəm, təcili Şəkiyə getməli oldum.

Mən jurnalistikada da, siyasətdə də elə sifətlər görmüşəm ki... Və o sifətlərə yeni sifətlər qoşulur. Özünüz olmağa çalışın!