vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:11 | 23 iyul 2017 | Bazar Məqaləyə 1185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Evdən soyuducu oğurlandı

ABŞ prezidentinin mətbuat katibi qoltuğunda texnika apararkən çəkilən şəklə 1 milyon qiymət qoyuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın bu günlərdə gözlənilmədən işdən çıxarılan mətbuat katibi Şon Spayser Ağ Evi tərk edərkən işçilərin otağındakı mini-soyuducunu da xəlvəti şəkildə özüylə aparıb.

Virtualaz.org xəbər verir ki, bu heyrətamiz hadisə barədə «The Wall Street Journal» Ağ Evdəki mənbələrə istinadla yazır.

Qəzetin yazdığına görə Şon Spayser Ağ Evin mətbuat xidmətinin  aşağı rütbəli əməkdaşlarından köməkçisi vasitəsilə xahiş edib ki, otaqlarında yeməkləri və içkiləri saxlamaq üçün istifadə etdikləri mini-soyuducunu ona bağışlasınlar. Lakin əməkdaşlar bundan qəti imtina ediblər, bildiriblər ki, soyuducu onların özlərinə lazımdır.

Bundan sonra Şon Spayser axşamın düşməsini və işçilərin Ağ Evi tərk etməsini gözləyərək soyuducunu özüylə aparıb. Ağ Evdəki mənbələr bildiriblər ki, təxminən axşam saat 8 radələrində Şon Spayseri soyuducunu pilləkənlərlə aşağı küçəyə tərəf aparanda görüblər. Bu hadisəni həmin gün işdə ləngiyən Ağ Ev əməkdaşlarından biri görüb. İşçilər səhər işə gələndə soyuducu yerində olmayıb. Həmin soyuducu Spayserin Ağ Evdə işə başlamasından bir ay sonra alınıbmış.

Xəbər verildiyi kimi Şon Spayser prezient Donald Trampla fikir ayrılığına görə işdən çıxıb. Onun Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Entoni Skaramuççinin təyinatına etiraz etdiyi bildirilir. 45 yaşlı keçmiş Hərbi Dəniz Qüvvələri zabitini işdən çıxarkən Ağ Evdən soyuducu oğurlamağa vadar edən səbəblər məlum deyil, Spayserin özü də xəbər yayılandan bu yana soyuducu məsələsi ilə bağlı heç bir şərh verməyib.

Trampın mətbuat katibinin Ağ Evdən soyuducu oğurlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. İstifadəçilər Spayseri ələ salan çoxsaylı kommentlər və fotomontajlar paylaşıblar. Yazar İvan Hernandez Tvitter-də yazıb ki, Spayserin Ağ Evdən soyuducu oğurlayarkən çəkilmiş fotoşəklinə 1 milyon dollar ödəməyə hazırdır.

Qeyd edək ki, Şon Spayserin Ağ Evin mətbuat katibi kimi təxminən 6 aylıq işi zamanı onunla jurnalistlər arasında dəfələrlə qalmaqallar yaranıb, Spayser jurnalistlərin dolaşıq sualları qarşısında dəfələrlə çaşıb, ziddiyyətli bəyanatlar verib. O, jurnalistləri «YouTube-də məşhurlaşmaq üçün dolaşıq suallar verməkdə» ittiham edirdi.