vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏNƏTÇİ  
21:52 | 23 iyul 2017 | Bazar Məqaləyə 3287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalnız azərbaycanlılar kişi çıxdı»

Layma Vaykule: «Hələ bu harasıdır? Bir dəfə necə oldusa, ...»

Vladimir REŞETOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yurmalada Layma Vaykulenin üçüncü «Laima. Jurmala. Rendez-vous» festivalı başlayıb. Virtualaz.org-un məlumatına görə, festivalın, Laymanın özünün dediyi kimi, "Yeni dalğa» ilə heç bir bağlılığı yoxdur, bununla belə, formatına görə sələfini xatırladır.

Layma – həmişə zövqün, stilin, gözəlliyin və zərifliyin simvoludur. Ona görə də Yurmala Duması, Latviyanın böyük biznesmenləri, bank, mülk şirkətləri, bir neçə böyük beynəlxalq, həmçinin Azərbaycan kanalı onu həvəslə dəstəkləyiblər.

Məşhur konsert zalı «Dzintari» bu dəfə dünyanın 11 ölkəsindən yığışacaq 70 artisti qoynuna alacaq. Layma müsabiqə yox, bayram təşkil edir. «Laymanın görüşü» ilə sələfinin arasındakı fərq də məhz bundadır.

Mətbuat konfransında ev sahibəsi kimi yalnız Layma Vaykule iştirak etmirdi. Dünya operasının, bütün postsovet məkanının və Latviyanın bir neçə ulduzu da orada olublar.

Vaxtının azlığına baxmayaraq, Layma virtualaz.org-un suallarına məmnuniyyətlə cavab verib:


- Layma, Siz Yurmalanın soyuq yayından dərhal sonra dərhal Bakıya – «İsti-2017» festivalına uçursunuz. Siz «Azkonsert»də işləmisiniz, Azərbaycanın əməkdar artistisiniz. Siz ora necə gedəcəksiniz: öz evinizə, doğma şəhərə gedən kimi, yoxsa bu Sizin üçün hər halda yad şəhərdir?

- Mən Bakıya həqiqətən məmnuniyyətlə gedirəm. Mən «Azkonsert»ə, hansı ki, bir çox illər işləmişəm, çox minnətdaram,. Axı mən məşhur olanda ora mənim birinci iş yerim olub - məni ora işə qəbul etdilər. Heç kim məni işə götürməyə cəsarət etmirdi, ancaq azərbaycanlılar kişi çıxdılar və məni işə götürdülər. Hələ bu harasıdır? Bir dəfə necə oldusa, biz Raymond Paulsla Moskvada birgə konsertlər verəsi olduq. Azərbaycandan, «Azkonsert»dən mənə hər axşam qucaq dolu ətirli güllər göndərirdilər. Üstəlik meyvələr və hər şey. Bizim konsert 14 gün çəkdi və bu hər gün təkrar olundu. Mən Raymonddan soruşdum: «Siz Riqadan belə bir şeylər almısınızmı?». «Yox, heç vaxt», - deyə maestro cavab verdi.

Buna görə mən çox minnətdaram. Mən həqiqətən sanki öz evimə gedirəm. Amma bu tam belə də ola bilməz. Bizdə - latışlarda qəbul edilmiş belə bir qayda var: özünü evindəki kimi hiss et, amma onu da unutma ki, sən qonaqsan. Mən məhz bu hisslərlə gedirəm. Mənim yaxşı əhatəm var. Çünki mən Azərbaycanda çoxlarını yaxşı tanıyıram. Buna görə də məmnuniyyətlə gedirəm.


- Bəs nə ifa edəcəksiniz?

- Mən solo mahnısı ifa edəcəyəm, amma hansını, hələ dəqiqləşdirməmişəm. Bu həm də Yurmala festivalından sonra əhvalımızın necə olacağından asılı olacaq.


- Təşəkkür! Bakıda görüşənədək!