vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
22:52 | 23 iyul 2017 | Bazar Məqaləyə 1184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas problemimiz maddi sıxıntıdır»

Saleh İldırım: «Bizi bir çox yerə çağırırlar amma pulsuzluq üzündən gedə bilmirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «İmkanın olmmaması məhdudiyyətlər yaradır»

Saleh İldırım güney təşkilatlarının əsas probleminin maddi sıxıntılardan ibarət olduğunu vurğulayır. O, həmin problemin ən çox media sahəsində çatışmazlıqlara yol açdığını deyir. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Amerikanın Səsi ilə müsahibədə milli hərəkat və ona mənsub siyasi təşkilatların fəaliyyətləri və qarşılaşdıqları problemlər haqqında fikirlərini paylaşıb.

İldırım mənsub olduğu təşkilatın yurd xaricində lobbiçilik fəaliyyəti yürütdüyünü və bu istiqamətdə xarici dövlət rəsmiləri ilə müzakirələrin aparıldığını önə çəkir.

«Güney Azərbaycan İstiqlal Partiyası olaraq Azərbaycanın işğaldan qurtuluşu və müstəqilliyi uğrunda bir çox sahələrdə fəaliyyətlərimiz olmuşdur və indi də davam etməkdədir. Güneydən başlayaraq dünyanın dörd bir tərəfində yayılmışdır bu fəaliyyətlər. Dövlətlər səviyyəsində müzakirələrə qədər lobbiçilik və insan haqları çalışmalarımız olmuş,» deyə Kanadanın Alberta əyalətində qərargahlanan fəal bəyan edir.

O, GAİP-ın imkanlarının məhdud, amma fəaliyyət dairəsinin geniş olduğunu söyləyir: «İstiqlal Partiyası geniş əhatəli fəaliyyətlər edir. Əlbəttə imkanlar çərçivəsində. Sahə genişdir, amma imkanlarımız o sahə qədər geniş deyil. Amma imkanlar daxilində dövlətlər səviyyəsində müzakirə etməyi də bacara bilmişik. Baxmayaraq ki içəridə əldə etdiyimiz uğurlar xaricdəkindən daha artıq olmuşdur».

«GAİP olaraq hərəkatda vahid söyləmlər, şüarlar və simvollar yaratmağı bacarmışıq. Misal üçün, bozqurdun simgə olması, Güney Azərbaycan İran deyil söyləminin qloballaşması... Bunları biz gerçəkləşdirmişik», deyə o söyləyir.

Saleh İldırım milli gizlilik prinsipi üzündən hərəkata mənsub təşkilatların qarşılaşdıqları problemlərin bir çoxunun açıqlanmasının mümkün olmadığını ifadə edir.

O, sözçüsü olduğu təşkilat və digər təşkilatların üzləşdiyi birinci problemin maddi sıxıntılardan ibarət olduğunu dilə gətirir.

Milli fəalın sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatının «birinci sıxıntısı» maddi sıxıntıdır. «Maddi sıxıntının bir nəticəsi budur ki, milli mediamız yoxdur. Bu imkanın olmadığı bütün təşkilatlara məhdudiyyətlər yaradır... Mesajlarını xalqa çatdırmaqda çətinlik çəkirlər. Teknologiya bu problemi bəlli miqdarda çözsə də, sosial media vasitəsilə ümum xalq ilə əlaqədə olmaq mümkün olmur», o bildirir.

Saleh İldırım əlavə edir: «Bizi bir çox yerə çağırırlar amma maddi sıxıntılar üzündən gedə bilmirik. Həbs edilən fikirdaşlarımıza ya onların ailəsinə yardım edə bilmirik».