vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:52 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Facebook»un işçiləri qarajda yaşayır

Bundan başqa şirkətin əməkdaşlarına qarşı ayrı-seçkilik edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

24.07.17 - Bundan başqa şirkətin əməkdaşlarına qarşı ayrı-seçkilik edilir...

Varıdatı milyard dollarlarla ölçülən Mark Zakkerberqin sahibi olduğu «Facebook» şirkətinin iki əməkdaşı – Viktor və Nikol uşaqları ilə birlikdə acınacaqlı şəraitdə yaşayırlar. Ailənin aylıq qazancı o qədər azdır ki, şirkətin ofisi yaxınlığında iki avtomobillik balaca qaraja sığınmağa məcbur olub. Bu haqda Böyük Britaniyanın «The Guardian» qəzeti yazıb.

Əməkhaqqı dolanmağa imkan vermədiyindən, ailə hər ay dostlarından borc götürmək məcburiyyətində qalır.

Bundan başqa qəzet yazır ki, bütün bunlar azmış kimi, «Facebook» rəhbərliyi ailəyə qarşı ayrı-seçkilik də edir. Məsələn, şirkət daxilində «İşə uşağını da gətir» aksiyası keçirilən zaman bütün işçilər uşaqlarını gətirsələr də, bu aksiya kafe işçilərinə aid edilməyib.

Nikolun əməkhaqqı hər saata təxminən 20 dollar, Viktorda isə 18 dollara yaxındır. Maaşın azlığına görə ailə bir sıra maddi sıxıntılarla üzləşib. Belə ki, onların gəlirləri dövlət səhiyyə xidmətlərindən yararlanmaq üçün təyin olunan həddən yuxarı, özəl tibbi sığortadan istifadə edə bilmək üçün isə çox aşağıdır.

Amma şirkətin digər işçiləri, məsələn, proqramçılar Viktor və Nikoldan dəfələrlə çox maaş alırlar.

«Qızımız tez-tez bizdən soruşur ki, onun nə vaxt öz otağı olacaq. Biz bilmirik, ona necə cavab verək», - deyə Nikol bildirir.

Onun sözlərinə görə, bütün dünyada kasıbları axtarıb onlara yardım edən «Facebook»un yaradıcısı Mark Zakerberq bu xeyriyyəçiliyə ilk növbədə özündən cəmi bir neçə mil məsafədə yaşayan işçilərindən başlasaydı daha yaxşı olardı.

Bundan başqa, «Facebook»un kafesində çalışan Viktor və Nikol digər işçilərin onlara aşağılayıcı və nifrət dolu nəzərlərlə baxdıqlarını bildirirlər.