vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
16:23 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Enerji mənbələrinin əhəmiyyəti getdikcə artır»

Tufan Erbilgiç: «TANAP layihəsi BP üçün olduqca böyük əhəmiyyətə malik bir layihədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«APA-Economics» xəbər verir ki, «BP Downstream»in baş icraçı direktoru Tufan Erbilgiç «Economist» nəşrinə müsahibəsində bildirib.

«Dünyada təbii qaz və bərpa olunan enerji mənbələrinin əhəmiyyəti getdikcə artır və BP bu sahəyə investisiya qoyuluşlarını artırmaqdadır. Bu baxımdan TANAP layihəsi BP üçün olduqca əhəmiyyətlidir. Bilirsiniz ki, BP TANAP-da 12 faiz paya malikdir», - deyə T. Erbilgiç qeyd edib.

Şirkət rəhbəri Bakı-Tbilisi-Ceyhan, «Şahdəniz-1» və «Şahdəniz-2» layihələrinin əhəmiyyətini də yüksək qiymətləndirib.

«Cənub Qaz Dəhlizi» layihəsi regionun ən aktual layihələrindən biridir. «Şahdəniz-2» layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir (illik 31 milyard kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 milyard dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 milyard dollardır. Bu məbləğə 100 faiz pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58 faiz+5 faiz payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58 faiz), BOTAŞ (30 faiz) və BP (12 faiz) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında «Hökumətlərarası Saziş» 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: «Cənub Qaz Dəhlizi» QSC - 20 faiz, BP - 20 faiz, «Snam» - 20 faiz, «Fluxys» - 19 faiz, «Enagas» - 16 faiz, «Axpo» - 5 faiz.