vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
17:04 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1949 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

On bir bəhainin iş yeri möhürlənib

İran rejimi Urmiyada və Xürrəmşəhrdə dini ayrıseçkilik siyasətini gücləndirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərində İran təhlükəsizlik qüvvələri (Əmakin idarəsi) tərəfindən bəhai təriqətinə mənsub olan azı 11 nəfərin iş yeri möhürlənib.

Təhlükəsizlik qüvvələri iyulun 19-dan onların iş yerinə hücum edərək mağazaları bağlamağa başlayıb.

Məlumata görə, iyulun 9-da bəhailərə məxsus dini mərasim keçirilib və bu basqın da həmin mərasimə görə həyata keçirilib.

«Herana» agentliyi iş yerləri bağlanan həmin şəxslərin adlarını açıqlayıb: Ümid Lütfi, İrfan Səməndəri, Arman Novruzi, İlham Əbdi, Əli Lətifi, Nasir Pənahi, Rita Lətifi, Sasan Kərimi, Bünyan Məqsuqi, Qurban Nəcəfzadə və Süleymani.

Başqa bir xəbərə görə, Xuzistan əyalətində yerləşən Xürrəmşəhrdə bəhai təriqətinə mənsub 9 nəfər Əmakin İdarəsinə çağırılıb, onların bəziləri telefon danışığı zamanı iş yerlərinin bağlanılması ilə təhdid edilib.

İdarəyə çağırılan bəhailərdən dini mərasimləri günü işə çıxmadıqları üçün izahat istənilib. Onlara xəbərdarlıq edilib ki, dini mərasimə görə bir daha işə çıxmasalar, onların iş yerləri təhlükəsizlik qüvvələri tərəfindən dərhal möhürlənəcək.

Qeyd edək ki, İran qanunlarına görə istənilən iş yeri heç bir dəlil göstərilmədən ildə 15 günədək bağlanıla bilər. Lakin rejimin müxtəlif təzyiqləri altında olan bəhailər hökumətin bu qanunundan da yararlana bilmir.

İranda həm dini və həm də milli azlıqlara qarşı ayrı-seçkilik siyasəti tətbiq edilir. Bu zəmində ölkə daxilində geniş mübarizə gedir, bununla yanaşı beynəlxalq təşkilatlar və insan haqları qurumları da dəfələrlə rəsmi Tehrana xəbərdarlıq ediblər. Buna baxmayaraq rejim bu günə qədər öz siyasətini davam etdirməkdədir.