vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
18:13 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp administrasiyasında parçalanma

Qətər və körfəz ölkələri böhranı ABŞ-a sıçradı

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə getsə ABŞ prezidenti Donald Trampın başçılıq etdiyi hökumət yenidən qurula bilər. Ötən gün CNN telekanalı ABŞ-ın dövlət katibi Reks Tillersonun ilin sonunadək istefa verməyi planlaşdırdığı haqqında məlumat yayıb. Buna səbəb kimi Ağ evlə dövlət katibi arasındakı fikir ayrılığı göstərilir.

Məlumata görə, tərəflər arasında bir sıra məsələlərə dair fərqli münasibət var. Onlardan biri Trampın ədliyyə naziri Ceff Seşnsin ünvanına tənqidi fikirlər söyləməsidir. ABŞ prezidenti hesab edir ki, Ceff Seşns Rusiyanın rəsmi şəxsləri ilə əlaqələri barədə məlumata daha dəqiq yanaşa bilərdi: "O daha dəqiq cavab verə bilərdi, ancaq belə bir niyyətinin olmadığı aydın görünür".

İrana münasibətdə də fikir ayrılığının olduğu bildirilir.

Fikrimizcə, fikir ayrılığı olan məsələlərdən biri də Qətər və Körfəz İqtisadi Əməkdaşlıq Şurası ölkələri arasındakı böhrana yanaşmada da Ağ evlə dövlət katibi arasında fərqli yanaşma mövcuddur.

Bir neçə gün əvvəl Qətər hakimiyyəti ABŞ arasında terrorçuluğa qarşı mübarizə haqqında razılaşma imzalanıb.

Qətər əmiri Hamad ət-Taninin imzaladığı sənədə əsasən, terrorizmə yanaşmaya dəyişiklik edilib. Bundan başqa, sənəddə terror aktları aydınlaşıb, terrorçuların hesablarının dondurulması qayadalarına düzəliş olunub. Qətər əmirliyinin terrorçularla əlaqəsi olan fiziki şəxslərin və təşkilatların müəyyənləşdirilməsi ilə bağlı iki «qara siyahı»nın tutulacağı gözlənilir.

Reks Tillerson bu məsələni şərh edərkən bildirib ki, ABŞ Qətərin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə atdığı addımdan məmnundur. O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Qətərə qarşı tətbiq etdikləri sanksiyaları aradan qaldırmağı dəyərləndirməyə çağırıb.

Qeyd edək ki, ötən gün Qətər terrorçuluğa qarşı mübarizə qanununda dəyişiklik edib. Birləmiş Ərəb Əmirlikləri rəsmi Dohanın bu addımını alqışlayıb.

Xatırladaq ki, bu il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda «Birlikdə güclüyük» devizi altında keçirilən «Ərəb-İslam-Amerika» sammitindən sonra anti-Qətər koalisiyası yaranıb. Həmin görüşdən bir neçə gün sonra Qətər terrorçuluğu maliyyələşdirən dövlət elan edilib. İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri kəsdiyini elan edib, onlara Komor adaları, sonra Yəmən, Maldiv, Mavritaniya və Liviya da qoşulub.

Qətər mövcud böhranla əlaqəsi olan bütün dövlətlərlə danışığa hazır olduğunu da bəyan edib.

Heç kimə sirr deyil ki ABŞ-da siyasət həm də iri iqtisadi maraqlar üzərində qurulur. Başqa sözlə, dövlətin aparıcı postunu tutanlar həm də həmin dairələrin maraqlarını təmin etməlidir.

Yaranmış vəziyyətə əsasən, ehtimal etmək olar ki, Donald Trampla Reks Tillersonu dəstəkləyənlər arasında Orta Şərqdə gedən hadisələrə, eləcə də Rusiyaya münasibətdə fikir ayrılığı mövcuddur. Başqa sözlə, hakimiyyətin yuxarı eşalonunda iki cəbhəyə qarşı mübazirə aparmağın perspektivinə şübhə ilə yanaşmanın olduğunu ehtimal etmək olar. Görünür, həmin qüvvələr hesab edir ki, Orta Şərqdə ABŞ-ın müttəfiqləri (Qətər və ona qarşı olan ərəb dövlətləri) arasında qarşıdurmanın yaradılması, həm də Rusiyaya qarşı səmərəsiz sanksiyaların tətbiq edilməsi perspektivsizdir.

Nəzərə almaq lazımdır ki, Reks Tillerson ABŞ-ın energetika sahəsinin adamlarındandır. «Exxon Mobil» ölkənin tarixi neft şirkətlərindəndir. O, 1870-ci ildə «Standard Oil» adı altında qurulub. 1911-ci ildə isə Con Rokfellerin varisi kimi parçalanıb.

«Standart oil»in adı XIX əsirin sonlarında və XX əsrdə Orta Şərq, o cümlədən İranda baş verən hadisələrdə hallanıb. Tarixi ənənəvi fəaliyyəti nəzərə alsaq, Reks Tillersonun Donald Trampla aralarındakı ziddiyyətə bu amillərin təsir etdiyini ehtimal etmək olar. ABŞ prezidenti isə daha çox tikinti sektorunun təmsilçisi kimi tanınr. Bu baxımdan əgər deyilənlər doğrudursa, belə zənn etmək olar ki, Trampın yürütdüyü siyasət neft maqnatlarını təmin etmir.

Yeri gəlmişkən, Ağ evin indiki sahibi ölkə tarixinə başçılıq etdiyi hökumətdə ən çox istefalar verilən prezident olaraq da düşəcək. Onlardan ən qalmaqallısı isə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin istefasıdır. Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Reks Tillerson da vəzifəsindən getsə, onda Tramp hakimiyyəti daha çox ziddiyyətli istefalarla ABŞ tarixində qalacaq. 

Nəhayət, belə qənaətə gəlmək olar ki, Qətər böhranı ABŞ prezidentinin amdinistrasiyasında parçalanma, yaxud ciddi fikir ayrılığı yaradıb. Donald Trampın isə qarşıda daha 3,6 ili var.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)