vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:04 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İmzalar atılıb»

«Bunları ortaq istehsal edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə ilə NATO arasında gərginliyə səbəb olan S-400 raketlərinin alınmasilə əlaqədar Rusiya ilə razılaşmanın imzalandığını deyib.

Aprel ayında, sabiq Milli Müdafiə naziri Fikri İşık raketlərlə bağlı bu müqavilənin yekun mərhələsinin gəlindiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisində AKP partiyasının qrup iclasında çıxışı zamanı deyib ki, «İnşallah S-400 raketlərini ölkəmizdə görəcəyik».

«Niyə S-400 raketləri gərginliyə səbəb olsun? Bir ölkə öz təhlükəsizliyilə bağlı ən ideal axtarışı etmək vəziyyətindədir», o deyib.

«Biz illərdir ABŞ ilə bu cür şeylərdə istədiyimizi edə bilmiriksə, bu cür axtarış içində olmaq vəziyyətindəyik. Və bu axtarışın bir məhsuludur. Bu da NATO. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-ləri istifadə edir. Niyə narahat olurlar?», Ərdoğan sual edib.

Ərdoğan qeyd edib ki, hazırda Rusiya Federasiyası ilə bu məsələ ilə bağlı addımlar atılıb.

«...imzalar atıldı və inşallah S-400 raketlərini ölkəmizdə görəcəyik. Və bunları ortaq istehsal da edəcəyik», deyə o əlavə edib.