vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
19:40 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pomidora silahlı mühafizəçi

Qiymət iki qata qalxınca tərəvəz oğurluğu çoxalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə qalxınca, tərəvəz oğurluğunun qarşısını almaq üçün silahlı mühafizəçilər təyin edilib.

Devi Ahilya Bai Holker tərəvəz-meyvə bazarında təyin edilən 6 mühafizəçi pomidorlar yük avtomobillərindən boşaldılarkən kiminsə yaxınlaşmasına imkan vermirlər.

Hindistanda, ümumiyyətlə bu ay bir çox şəhərdə pomidor oğurluğu halları qeydə alınıb. Əslində bu il Madya Pradeşdə pomidorun məhsuldarlığı çox yüksək olub.

İstehsal çoxluğu səbəbiylə qiymətlər həddən artıq ucuzlaşdığına görə, ötən ay bir çox istehsalçı pomidorları yollara tökmüşdü.


«Pomidor da soğan kimi hökuməti devirə bilər»


Lakin pomidorun mövsümünün başa çatması və şiddətli yağışların bəzi bölgələrdə məhsullara ziyan verməsi səbəbiylə bu ay qiymətlər qalxıb.

Bir kilo pomidorun qiyməti bir ay əvvəllə müqyisədə iki dəfə artaraq 100 rupiyə (təqribən 2.62 manata) yüksəlib.

India Today qəzetində yer alan bir yazıda, Hindistanda «soğanın hökumətləri devirəcək qədər əhəmiyyətli olduğuna» diqqət yönəldilərək pomidor qiymətlərinin də «hökümətə təhlükə yarada biləcəyi» bildirilib.