vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
19:43 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin 7 il ömrü qalıb?

«Goldman Sachs»: «2024-cü ildə neftə tələbat pik həddə çatacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ən ekstremal ssenarilərlə neftə tələbin maksimal həddinin 2024-cü ildə olacağı ehtimal edilir. «Report» «Forexpf.ru» saytına istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu «Goldman Sachs» bankının hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, yanacaqla çalışan avtomobillərin enerji effektivliyinin artması, elektrikli avtomobillərin istehsalının çoxalması, həmçinin qlobal iqtisadi artım tempinin yavaşlaması ona gətirib çıxara bilər ki, 2024-cü ildən etibarən neftə tələb azalmağa başlaya bilər. Hindistanın liderliyi ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi artım tempinin davam etməsi bu hadisəni 2030-cu ilə qədər uzada bilər. Lakin hər iki variantda benzin və dizel yanacağına tələbat azalmağa davam edəcək. Onların yerini isə digər neft məhsulları tutacaq.