vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
11:21 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 1307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın heç-heçə seriyası

Ağdamlıların ən böyük uğuru sıfırlarla başladı!

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda əldə olunan nəticə «Qarabağ» üçün sərfəli hesab sayılır. Apasport.az saytının məlumatına görə, Moldovanın «Şerif» klubu ilə görüşdəki qolsuz heç-heçə ağdamlılar üçün münasib variantlardandı.

Çünki əyalət klubu indiyədək üzləşdiyi belə vəziyyətlərin hamısından uğurla çıxıb. «Qarabağ» avrokuboklar tarixində 3-cü dəfə evdəki ilk oyundan qolsuzluqla ayrılıb. Əvvəlki hər iki halda ağdamlılar mərhələ keçib.

Klub tarixinin ilk böyük uğuru da məhz 0:0-dan sonra reallaşıb. 2014/15 mövsümündə Bakıdakı qolsuz bərabərlikdən sonra Hollandiyaya yollanan «Qarabağ» «Tvente» ilə səfərdəki nəticə (1:1) sayəsində Avropa Liqasının qrupuna düşmüşdü.

Bir il sonra «Rudar»la qolsuzluqdan sonra «Qarabağ» Montenqroda qələbə qazanmağı bacardı – 1:0. 0:0-lardan sonra mərhələ adlamağa adət edən ağdamlıların üçüncü dəfə də bunu bacaracağını gözləməyə dəyər.

Ümumiyyətlə, avrokuboklar tarixində 13 dəfə Azərbaycan klubu evdəki ilk matçda qolsuz heç-heçə edib. Bunlardan 7-də mərhələni rəqib keçibsə, 6 dəfə bizimkilər səfərdə uğur qazanıb.

İlk dəfə 2001-ci ildə «Neftçi»nin «HİT-Qoritsa» ilə duelində belə halla rastlaşan azarkeşlərimiz Sloveniyadakı məğlubiyyətə üzülmüşdü – 0:1. Üç il sonra Rusiya MOİK-i də «Neftçi»ni cavab oyununda yenmişdi – 2:0. 2007-ci ildə isə «MKT-Araz» Polşada «Qrotslin»ə «boyun əymişdi» – 0:1.

Evdəki 0:0-dan sonra mərhələ keçən ilk komanda «İnter» olub. Bakılılar Makedoniyada «Rabotniçki»sini səfər qolu ilə üstələyib – 1:1.

Növbəti üç belə halda da rəqiblərimiz sevinən tərəf olub. Öz meydanındakı qolsuzluqdan sonra «Bakı» 2009-cu ildə Bolqarıstanda «Levski»yə, 2012-ci ildə isə Sloveniyada «Mura»ya 0:2 hesabı ilə uduzub. «Neftçi» isə 2013-cü ildə Albaniyada «Skenderbeu» ilə matçın əlavə vaxtında həlledici qolu buraxıb – 0:1.

Göründüyü kimi, ilk 7 dueldən 6-da təmsilçilərimiz uduzan tərəf olub və yalnız «İnter» turu adlayıb. 2014-cü ildən isə tərəzinin gözü lehimizə dəyişib.

2014-cü ildə «Neftçi» və «Qarabağ» qolsuzluqdan sonra səfərdən zəfərlə dönüb. Bakılılar Gürcüstanda «Çixura»nı 3:2 yenibsə, ağdamlılar «Tvente» zəfərini səfər qolu hesabına bayram edib. Növbəti il «Qəbələ» səfər qolları ilə (2:2) Yunanıstan «Panatinaikos»unu, «Qarabağ» isə qələbə ilə «Rudar»ı mübarizədən kənarlaşdırıb. Ötən il eyni uğura «Kəpəz» sevinib. Maraqlıdı ki, indiki kimi onda da Azərbaycan və Moldova klubları görüşüb. Gəncəlilər Bakıda yenə bilmədiyi «Daçiya»nı rəqib meydanında 1:0 hesabı ilə keçib.

Son illərin yeganə uğursuzu isə «Neftçi»di. Bakılılar Makedoniyada «Şkendiya»ya məğlub olub – 0:1.