vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:36 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tiflis ətrafında unikal durum

Gürcüstan ərazisində həm Rusiya, həm də NATO eyni vaxtda hərbi təlimlər keçirir

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın 58-ci ordusu Şimali Qafqazda hərbi təlimlərə başlayıb və təlimlər Gürcüstanın işğal olunmuş Cənubi Osetiya torpaqlarını da əhatə edir. Paralel şəkildə rus ordusu və osetin separatçıları 2008 müharibəsindən bu yana zaman-zaman istifadə etdikləri üsula - C.Osetiya ilə Gürcüstanın digər hissəsini ayıran demarkasiya xəttini genişləndirməyə əl atıblar. Gürcülər gecə yatır və səhər durub görürlər ki, işğal xətti ölkənin içərilərinə doğru daha bir neçə yüz metr irəliləyib. Sonuncu bu cür «sürünən işğal» nəticəsində hətta Bakı-Supsa neft kəmərinin bir hissəsi qalıb o tərəfdə. Gürcüstan hökuməti nədənsə bu hadisəyə çox da böyük əhəmiyyət vermir və quru bəyanatlarla kifayətlənir. Halbuki ciddi hay-küy salmaq, hətta əraziyə qoşun yeridib, Rusiya ilə hərbi toqquşma riskinin yaranması bahasına da olsa, problemi beynəlxalq səviyyədə aktuallaşdırmaq mümkündür. Hökumətin bacarıqsızlığını və qətiyyətsizliyini görən gürcü aktivistlər bir neçə gündür ərazidə keşik çəkməyə başlayıblar.

Eyni zamanda, Rusiya «yumşaq güc» vasitələrindən də istifadə edərək Gürcüstan daxili siyasətinə təsirini artırmağa çalışır. Avropada olduğu kimi, burada da Moskva millətçi-faşist ünsürlərlə əlaqə qurub, onlardan yararlanır. İyulun 14-də Tiflisdə «Gürcü marşı» deyilən kütləvi aksiya keçirildi. (Yəqin ad sizə tanış gəldi, «Russkiy marş»ın gürcü versiyası.) Bundan 3 gün əvvəl isə həmin neofaşist qrupların parlamentdəki təmsilçisi olan «Vətənpərvərlər İttifaqı»nın deputatları Rusiyaya səfər edib, orada görüşlər keçirdilər.

Yəni, şovinist millətçilik hazırda Gürcüstanda doğrudan da əclafların üz tutduğu ideoloji ünvana çevrilib. (Ümumiyyətlə, radikal millətçilər istər yerli iqtidarlar, istərsə də xarici dairələr tərəfindən çox asanlıqla manipulyasiya edilən, yönləndirilə bilən ideoloji zümrədir.)

İndi gələk NATO təlimlərinə. İyulun 30-da Vazianidə (Tiflis) növbəti «Noble Partner» hərbi təlimləri başlayır. Bu təlimlər Gürcüstan ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün 2015-ci ildən bəri təşkil olunur. Bu dəfə təlimlərə üzv və tərəfdaş ölkələrdən 3 minə yaxın əsgər və çoxlu sayda hərbi texnika cəlb edilib. Artıq Poti limanına gələn NATO hərbi texnikası quru yolu ilə Tiflisə irəliləyir və NATO tankları ilə rus tankları arasında çox az məsafə var.

Təlimlərin açılışında yüksək səviyyəli qonaq - ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək. Bu fakt hazırki çətin məqamda Gürcüstana dəstək nümayişi kimi qiymətləndirilməlidir. Onu da qeyd edim ki, ABŞ Nümayəndələr Palatasının Rusiyaya qarşı sanksiyalara dair qəbul etdiyi qanunda bu qanunu zəruri edən səbəblər arasında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı da göstərilir. Bundan başqa, qanuna əsasən Gürcüstan, Ukrayna və bəzi Balkan ölkələrində Rusiya təsirinə qarşı mübarizə aparmaq məqsədilə 250 milyon dollarlıq fond yaradılır.

Yeri gəlmişkən, Gürcüstandakı təlimlərə Ermənistan da qatılacaq, Azərbaycan isə qatılmaqdan imtina edib. Səbəbini bilmirəm. İmtinanı Ermənistan amili ilə izah edənlər var, yəni onların olduğu yerdə biz ola bilmərik filan. Amma xatırlatmaq istərdim ki, siyasi-hərbi rəhbərliyimiz əsgərlərimizin Moskvada ermənilərlə birlikdə hərbi paradda iştirakını problem saymamışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)