vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:55 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstəyərdik ki, ...»

Nazir müalicəvi turizm üçün Naxçıvana gedənlərdən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz istəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar».

«Trend»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.

Nazir bildirib ki, turizm şirkətlərinin koordinasiyası qarşıda duran ən mühüm məsələlərdəndir: «Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacağıq. Görülən işlər buna əsas verir. Prezident İlham Əliyev tərəfindən bu ilin «İslam Həmrəyliyi İli» elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir».