vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
13:02 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 1286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mediada azdan-çoxdan işıqlandırırıq»

Babək Muğanlı: «Güneydə həbsdə olan fəallar haqqında Bakıdakı beynəlxalq qurumlara məlumat veririk»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Mətbuatda Güney probleminə diqqət azalıb»

Babək Muğanlının sözlərinə görə, İran Azərbaycanındakı hərəkat və türk fəalların üzləşdikləri təzyiqlər Azərbaycan Respublikası mətbuatında işıqlandırılır, amma bu işıqlandırma bir neçə il öncəkinə görə azalmışdır. Bakıda fəaliyyət göstərən milli fəal güneydə həbs edilən fəallara dəstək üçün Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətlər və mövcud olan potensialları şərh edib.

Babək Muğanlının dediklərinə görə, Azərbaycan Respublikasında güneyli siyasi məhbuslara dəstək fəaliyyəti ümumiyyətlə mətbuat konfransları təşkil etmək, aksiyalar keçirmək, eləcə də insan haqları qurumları və xarici səfirliklərə müraciət etmək şəklində olur.

«Quzeyli dostlarımızla bərabər hər bir tutulan fəalın vəziyyətini mediada azdan çoxdan işıqlandırırıq. Xüsusilə qeyri-hökümət təşkilatları və partiyalar daha çox maraqlanırlar. Azərbaycanın rəsmi televiziyasında belə proqramlar olmur, ancaq qəzetlər, internet saytları və internet televiziyalarında əks edilir», deyə milli fəal söyləyir.

Muğanlı eyni zamanda bunun keçmişdəki səviyyədə olmadığını bildirir. «Elə ki, keçmişdə bizi razı edirdi. İndi o qədər razı etmir. Yəni 5-6 il bundan öncəki kimi əks edilmir», deyə o dilə gətirir.

Bakıda mühacirətdə yaşayan milli fəal bunun səbəbinin iki ölkə arasındakı münasibətlər ilə bağlı olduğunu ifadə edir.

«Dövlətlərarası bəzi münasibətlər olur. Dövlətlər bəzi memorandumlar imzalayırlar. Bunların təsiri çoxdur. Yəni bəzən bəzi media vasitələrində çəkinmək halı olur. Yoxsa biz fəaliyyət etməkdən yorulmuruq və burada durğunluq da hiss etmirik... Azərbaycan Respublikasında medianın təsiri az deyil. Biz İrandakı hakimiyyəti tanıyırıq, amma media (məhbusların vəziyyətini) işıqlandıranda, insan haqları qurumlarına müraciət ediləndə, o hakimiyyətin də geriyə bir addım atması görünür,» deyə o əlavə edir.

Babək Muğanlı həmçinin İran Azərbaycanı və Tehranda həbsdə olan türk fəalların durumuyla bağlı Bakıdakı xarici səfirliklərə də müraciət edildiyini bildirir.