vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
21:57 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 3370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Evrascon»un sonu yaxınlaşır

Şirkətinin işçiləri Moldovada aksiya keçirdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın «Evrascon» şirkətinin işçiləri Kişinyov-Straşenı şosesinin təmirini əmək haqqının uzun müddət verilməməsi səbəbindən dayandırıblar.

Virtualaz.org Moldova KİV-inə istinadən bildirir ki, Kişinyov ətrafında onlarla yol işçisi tətil edib. Ümidsizliyə qapılan insanlar qazandıqları halal pullarını almaq ümidi ilə etiraz aksiyasına çıxıblar.

Kişinyov- Straşenı şosesi cəbhə xəttini xatırladıb. Avtomobillərin hərəkəti yalnız yolun  bir hissənin yarısında -  torpaq və çınqıl parçalarının hər an təhlükə törədə biləcəyi yerdə mümkün olub. Amma yolun təmiri uzun müddət ləngiyə bilər. Sonuncu dəfə yol işçiləri bu yerdə asfaltı üç gün əvvəl hamarlayıblar.

İşçilər iddia edirlər ki, onlar maydan bəri pul görməyiblər. Şirkət rəhbərliyi məhz o vaxtdan onlara, necə deyərlər, vədlər yedizdirir.

Bu gün işçilər xahiş məktubu imzalayıblar. Məktubda onlar şirkət rəhbərliyinə maaşları ödəmək üçün uzağı 10 gün vaxt veriblər. Əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

«Evrascon»un nümayəndəsi Nazim Hacıyev iddia edir ki, bütün problemlər müvəqqəti xarakter daşıyır. O, maaşların ödənməməsini «normal işçi proses» adlandırıb.

Xatırladaq ki, «Evrascon» ASC (Əvvəlki adı «Azərkörpü» ASC) baş nazirin müavini Abid Şərifova bağlı şirkət hesab edilir. Mətbuat bununla bağlı dəfələrlə yazıb. Hətta o da deyilir ki, baş nazirinin müavinin xanımı Sədayə Yaqub qızı Şərifova şirkətin səhmlərinin 12 faizdən çoxuna sahibdir. O da yazılıb ki, bu şirkət hazırda ciddi maliyyə sıxıntısı içərisindədir, şirkətin digər layihələrində də işləyən fəhlələr aylarla əmək haqqı ala bilmir. Hələ biz yanvar ayında yazmışdıq ki, dəfələrlə «Evrascon»un işçilərinin əmək haqqının ödənilməsi tələbi ilə aksiyalar keçirdiyi məlumdur. Yanvarın 11-də Azərbaycan Prezidentin İlham Əliyev Abid Şərifova bağlı şirkətə sonuncu sərt xəbərdarlığını etmişdi. Buna səbəb Azərbaycan üçün həyati-əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tərkib hissəsi kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisində yaranan problemlər və buna görə baş verən gecikmələr olmuşdu. İlham Əliyev bildmişdi limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır: «Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər». Cəza tədbirlərindən birinin nədən ibarət olacağını da deyib-büdcə vəsaitləri hesabına inşa edilən tikinti layihələrinə buraxılmamaq. Bu isə «Evrascon» ASC üçün tam iflas demək olardı.