vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
08:02 | 28 iyul 2017 | Cümə Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfərdə minimum hesablı məğlubiyyət

«Panatinaikos» 0:1 «Qəbələ»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 27-də «Qəbələ» klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib. Afinadakı «Apostolos Nikolaidis» stadionunda Yunanıstanın «Panatinaikos» komandası ilə qarşılaşan «Qəbələ» 0:1 hesabı ilə məğlub olub.

İspaniyalı referi Xuan Martines Munueranın idarə etdiyi oyunda yeganə qolu matçın 37-ci dəqiqəsində rəqib komandanın heyətində Gilyerme Molins 11 metrlik cərimə zərbəsindən vurub. Qalan dəqiqələrdə matçda qol olmayıb və oyun bu hesabla başa çatıb.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda, «Bakcell Arena»da keçiriləcək.

Xatırladaq ki, iki il əvvəl bu komandalar Avroliqanın play-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv məhz səfərdə vurduğu qollar sayəsində tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı - 0:0, 2:2.