vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
14:00 | 28 iyul 2017 | Cümə Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir də mənə zəng etməyin»

PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il iyunun 1-də Prezident Administrasiyasının (PA) strukturunda yeni dəyişikliklər gerçəkləşdirildi, bəzi kadr islahatları həyata keçirildi. Bu dəyişiklik nəticəsində administrasiyada bir sıra vəzifəli şəxslər işdən azad edildi ki, onlardan biri də uzun illər PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə oldu.

Xatırladaq ki, 69 yaşlı Fatma Abdullazadə uzun illər - 1993-dən 2017-ci il iyunun 1-dək adıçəkilən şöbənin müdiri işləyib və o, işdən çıxarılandan sonra həmin vəzifə hələ də boş qalır və bura yeni təyinat gerçəkləşməyib.

Son günlər Fatma Abdullazadə ilə bağlı müxtəlif məlumatlar yayılır. Ona yeni vəzifə veriləcəyi də yayılan xəbərlər sırasındadır.

Bu səbəbdən Modern.az saytı Fatma Abdullazadə ilə əlaqə saxlamağa çalışıb və buna nail olub.

Saytın əməkdaşı ondan hazırda nə işlə məşğul olduğunu soruşub. Öz növbəsində Fatma Abdullazadə yalnız bunları deyib: «Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm. Düşünürəm ki, danışmağa heç bir sözüm yoxdur. Zəng edib maraqlandığınıza görə çox sağ olun. Amma xahiş edirəm, bir də mənə zəng etməyin!»

Administrasiyanın keçmiş şöbə müdiri bundan artıq heç nə demək istəməyərək, telefonu qapadıb.