«... Sadəcə, qaçdım»
Məşhur futbolçunun İranda başına gələnlər: «O ölkədə yaşaya bilməzdim ...»
Natiq MUXTARLI, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Xalqa qarşı 9500 “Hizbullah”çı ...
Molla rejimi etirazçılara qarşı Yəmən, İraq və Əfqanıstandan terrorçular gətirir?
-
Mollaları silkələyən şüarlar...
“Biz hamımız Mohsen Şəkəriyik!”
-
İran odla oynayır ...
... yaxud bir Abbasılıq qiyməti olmayan yalan
-
İranı qarışdıracaq daha bir qətl
Sünni dini lideri qaçırdılar və üç güllə vurdular
-
HHM qarşılığında PUA
Rusiya və İran tam hüquqlu tərəfdaşa çevrilir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
“Onu asanlıqla aldadırlar”
İranlı nazir: “Makron MKİ tərəfindən idarə olunur”
-
Xameneyinin “xeyir duası”
Baş molla Qarabağı qana bulamağa çalışır
-
Etirazlarla bağlı ilk edam
SEPAH qərardan razı qalıb
-
1200 tələbə zəhərlənib
Olayın 3 günlük hökumət əleyhinə aksiyalardan bir qədər əvvəl baş verməsi şübhə doğurur
Məşhur rusiyalı futbolçu Dmitri Sıçev futbolçu karyerasında başına gələn maraqlı hadisələr barədə danışıb. Kaspi.az xəbər verir ki, Sıçev İran klubundan da təklif alıb. O, bu ölkədə başına gələn qəribə hadisə barədə danışıb və İranda yaşamağın çətin olduğunu bildirib:
«İranda futbolla bağlı məsələ sivildir. Amma həyat dini baxımdan dözülməzdi. Yerli qanunlar insanın psixikasına təsir edir. Buna o ölkəyə gedən kimi əmin oldum.
Təyyarə aeroporta enən kimi bütün qadınlar uzun, qapalı paltarlar geyinməyə, başlarını bağlamağa başladılar. Mən isə bricdə idim.
Agentim iranlı olsa da, bu barədə mənə məlumat verməmişdi. Fikirləşdim ki, belə ölkədə nəinki qadınlara, heç kişilərə də şortikdə gəzməyə icazə verməzlər. Hiss etdim ki, İran nə Ərəb Əmirlikləridir, nə də Mərakeş.
Yoxlamadan keçərkən gömrük əməkdaşı qarşımı kəsdi və bir neçə dəfə ingilis dilində «rədd ol öz ölkənə, bizim ölkəyə belə daxil ola bilməzsən» dedi.
Həyəcanlandım, çantamı açıb, ordan idman formalarımı çıxartdım, onları başa salmağa çalışdım ki, futbolçuyam, İran klubunda oynamaq üçün gəlmişəm. «Şalvar» geyin dedilər. Getraları çıxarıb dizimə qədər dartdım, ondan sonra ölkəyə daxil olmağıma icazə verdilər.
İranda mənə 2 illik müqavilə və ayda 15 min dollar məvacib vəd etdilər. Ancaq məsələ pulda deyildi. O ölkədə yaşaya bilməzdim, sadəcə, qaçdım».