vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
14:24 | 28 iyul 2017 | Cümə Məqaləyə 2162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ diplomatlarından ölkəni tərk etmək tələbi

Münasibətlərin soyuqluğu soyuq müharibə dövüründən də kəskin oldu

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Putin bu gün Trampa bəslədiyi ümidləri qəti olaraq dəfn edib. Ona görə də, Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq addımlar atmağa başlayıb.

Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının bir hissəsindən ölkəni tərk etmək tələb olunub. Rusiyadakı amerikalı diplomat və texniki personalın sayı azaldılaraq ABŞ-dakı Rusiya diplomatları və texpersonalının sayı qədər olacaq - 455 nəfər. Bundan başqa, Moskvada ABŞ səfirliyinə məxsus bağ evi və anbarlar müsadirə ediləcək.

Yadınızdadırsa, 2016-cı ilin sonunda Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq Obama tərəfindən ABŞ-dakı 35 Rusiya diplomatı ölkədən qovulmuş və Rusiyaya məxsus 2 diplomatik xidmət binasına həbs qoyulmuşdu. Lakin o zaman Putin yeni seçilmiş Donald Trampa jest olsun deyə bu adıdmlara cavab verməmişdi, çünki o, andiçmədən sonra münasibətlərin düzəlməyə başlayacağına əmin idi. Sanksiyalara dair Konqresin hər iki palatasında təsdiqlənən yeni qanun Rusiya rəhbərliyinin illüziyalarını birdəfəlik yox etdi.

Bundan sonra ABŞ-Rusiya rəqabətinin daha kəskin hal alacağı şübhəsizdir. Bu, bizim kimi ölkələr üçün həm yeni imkanlar açır, həm də müəyyən risklər ehtiva edir. Ağıllı və çevik siyasətlə bu durumdan ölkə mənafeləri naminə faydalanmaq mümkündür.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)