vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
14:46 | 28 iyul 2017 | Cümə Məqaləyə 1827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-Supsanın taleyi....

Azərbaycanın neft kəmərinə heç bir təhlükə görmür, Gürcüstan isə borunun Osetiya ərazisinə düşən hissəni kəsmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hərbçilərinin ötən həftə Cənubi Osetiyadan «sərhədlərin delimitasiyası» adı altında irəliləyərək Azərbaycanın ixrac neft kəməri Bakı-Supsanın bir hissəsini nəzarət altına alması Tiflisdə panika yaradıb. Lakin Bakıda bu məsələ ilə bağlı təmkinli davranırlar və narahat deyillər.

Virtualaz.org xəbər verir ki, bu haqda «Pravda.ru»nun məqaləsində deyilir. SOCAR-dakı informasiyalı mənbə bildirib ki, «Azərbaycan rəhbərliyi Bakı-Supsa neft kəməri ilə neftin nəqlinə təhdid görmür». «BP-Azərbaycan» şirkətinin mətbuat xidmətindən isə deyiblər ki, Bakı-Supsa kəməri adi rejimdə işləyir və kəmərlə neftin nəqlinə hər hansı təhlükə yoxdur.

Rusiya hərbçilərinin «sərhəd dirəklərini» təxminən 700 metrə yaxın Gürcüstanın içərilərinə çəkməsi nəticəsində kəmərin 1.5 kilometrlik hissəsi separatçı Cənubi Osetiyanın nəzarətində qalıb. Ekspertlər separatçıların bu kəmərdən tranzit haqqı tələb etməsinin mümkün olmadığını deyirlər, çünki Cənubi Osetiya formal olaraq Rusiyanın tərkib hissəsi deyil və beynəlxalq hüququn subyekti kimi tanınmayıb.

Gürcüstan hökuməti isə bildirir ki, yaranmış vəziyyətlə bağlı beynəlxalq tərəfdaşları ilə məsləhətləşmələr aparır və əgər Bakı-Supsa kəməri ilə neft nəqlinə təhlükə yaransa alternativ variantlara əl atılacaq. Yaxud kəmərin Cənubi Osetiyanın nəzarətində qalan hissəsi kəsiləcək və başqa istiqamətdən birləşdiriləcək.