vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
10:55 | 29 iyul 2017 | Şənbə Məqaləyə 1222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Çaldıranda mərasimə başlayıb

İran rejiminin erməni sevgisi yenə gündəmdə

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İslam Respublikası dünyaya özünü ermənilərin himayəçisi kimi göstərməkdədir. Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Məlumata görə, iyulun 27-də minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıb. 3 gün davam edəcəyi bildirilən mərasimə 6 min nəfər İran və dünya ermənilərinin toplaşacağı bildirilir.

Siyasi məqsədlərə hesablanmış mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilir.

İran, Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşması və nəticə etibarı ilə daşnakların gizli fəaliyyətinə etibar və legitimlik qazandırıb.

İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövqe sərgilədiyi kimi, Güney Azərbaycanda da türk torpaqlarına göz tikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir.  Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır.

Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiyi Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmirlər. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

Ermənilər həmçinin İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Onlar öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər. Halbuki, İranda yaşayan digər etnik qrupların hamısı qeyd olunan hüquqlardan məhrumdur.