vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
17:14 | 29 iyul 2017 | Şənbə Məqaləyə 76 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Büdcənin yalnız 30 faizi təmin olunub»

Təbrizin imam cüməsi də Urmiya gölü fəlakətindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Gölünün Canlandırması üzrə Şərqi Azərbaycan Şurasının üzvləri, Təbriz imam cüməsi Məhəmmədəli Ali Haşimlə görüşərək gölün canlandırılması ilə əlaqədar gördükləri işlər barədə hesabat veriblər.

Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini Məhəmməd Sadiq Purmehdi gölün canlandırılması üçün lazım olan bir sıra tədbirlərdən söz açaraq yaranan böhranın Şərqi Azərbaycan üçün olduqca təhlükəli olduğunu deyib.

«Urmu gölünün suyunun təmin olunmasında Şərqi Azərbaycanın payı sadəcə 10 faizdir. Lakin göl quruyarsa, ondan qaynaqlanan problemlərin 90 faizi Şərqi Azərbaycana aid olacaq. Ona görə də biz bütün gücümüzlə çalışmalıyıq ki, bölgədə yaranan ətraf mühit problemi öz həllini tapsın. Ötən il göldə suyun səviyyəsi nisbətən sabitləşmişdir, lakin dövlətin maliyyə problemləri ilə əlaqədar göl üçün ayrılan bedcənin yalnız 30 faizi təmin olundu», - deyə o bildirib.

Məhəmməd Sadiq Purmehdi bölgə şəhərlərinin bütün imam cümə və ruhanilərinə müraciət edərək bildirib ki, öz çıxışlarında əhalini suya qənaətə, bu ilahi nemətdən düzgün istifadə etməyə çağırsınlar.

Təbriz imam cüməsi M.Ali Haşim də məsələnin olduqca mühüm olduğuna işarə edərək gölün bu vəziyyətdən qurtulması üçün hər kəsin məsuliyyət daşıdığını deyib.

«Bu çox ciddi məsələdir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi cənab İsa Kəlantəri dediyi kimi, vəziyyət 10 il belə davam edərsə, Şərqi Azərbaycan Əyalətinin bir çox məntəqəsi, Qərbi Azərbaycan və Zəncan əyalətlərinin müəyyən məntəqələri əhalidən boşalmalıdır», - deyə o bəyan edib.

Qanunsuz qazılan su quyuları və gölün ətrafındakı qurumuş lillərin olduqca təhlükəli olduğunu deyən M.Ali Haşim böhranla bağlı cəmiyyətin maarifləndirilməsində imam cümələr və Teleradio Şirkətinin üzərinə çoxlu məsuliyyət düşdüyünü bildirib.

«Urmu gölünün canlandırılması layihəsi böyük bir proje olduğu üçün dövlət orqanlarına məntiqi təzyiq göstərməliyik. Millət vəkilləri isə bu məsələni özlərinin əsas vəzifəsi kimi görməlidir. Əslində bu iş bütün məsulların prioritet görəvi olmalıdır»- deyə Təbrizin imam cüməsi əlavə edib.

Qeyd edək ki, son vaxtlar Urmu gölündə suyun səviyyəsinin qalxması ilə bağlı hökumət rəsmiləri çoxlu açıqlamalar verib, məqsədyönlü təbliğat aparıblar. Lakin bir çox inkaredilməz faktlara görə onların təbliğatının yalan olduğu üzə çıxdı, artıq əhali ilə birlikdə bəzi yerli məsullar, o cümlədən millət vəkilləri göldə vəziyyətin daha da pisləşdiyini bildirərək böhranla bağlı ardıcıl xəbərdarlıq edirlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *