vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
12:24 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ı gözləyən «ölüm qrup»u

Yalnız «Leypsiq»in reytinqi «Qarabağ»dan aşağıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının qrup mərhələsinin təxmini səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin cavab oyunları başa çatmamış əsas raundun 32 iştirakçısının yer ala biləcəyi təxmini «səkkizlik» bəllidir.

Yarışa birbaşa qrupdan başlayacaq 22 komandanın burada iştirakı dəqiqdir. Digər 10 komanda isə reytinqinə görə siyahıya daxil edilib. Bu üzdən də təsnifatdan mübarizəyə başlayan və əmsalı aşağı olan (18,050) «Qarabağ»ın adı «32-lik»də yoxdur.

Çempionlar Liqasının pley-offunu adlayacağı halda isə təmsilçimiz sonuncu səbətdə yer alacaq. Düzdür, bu da komandamıza «Ölüm qrupu» vəd edir. Amma nəhəngləri ölkəmizə gətirmək imkanından yararlanmaq da böyük uğurdur.

Birbaşa qrupa düşən 22 komandadan 8-i I səbətdədir. Bunlar ən yüksək reytinqli 8 ölkənin çempionudur. 

İkinci səbətdə isə 7 komanda dəqiq yerini təmin edib. «Sevilya» isə hələ tur adlamalıdır. Digər iki səbətdə isə pley-off matçlarını gözləmək lazım gələcək. Ehtimallar üzərində qurulan cədvələ baxsaq, yalnız «Leypsiq»in reytinqi «Qarabağ»dan aşağıdır.


I səbət

«Real»

«Bavariya»

«Çelsi»

«Yuventus»

«Benfika»

«Monako»

«Spartak» Moskva

«Şaxtyor»


II səbət

«Barselona»

«Atletiko»

PSJ

«Borussiya» Dortmund

«Sevilya»

«Mançester Siti»

«Porto»

«Mançester Yunayted»


III səbət

«Napoli»

«Tottenhem»

«Bazel»

«Dinamo» Kiyev

«Ayaks»

«Olimpiakos»

«Anderlext»

«Liverpul»


IV səbət

«Roma»

«Beşiktaş»

«Seltik»

«Zalsburq»

«Kopenhagen»

«Lüdoqorets»

«Feyenord»

«Leypsiq»

 

Qeyd: Qalın-kursiv şriftlə təsnifatdan gələ biləcək daha yüksək reytinqli komandalar fərqləndirilib.