vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:38 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərbin Türkiyə əndişəsi

S-400 kompleksləri Türkiyənin bölgədə nüfuzunu gücləndirəcək

Osman ATƏŞLİ, «Haber 7» (Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illərdə bölgəmizdəki təhlükələrin ölkəmizə tərəf döndüyü hiss olunarkən, bu, Ankaranı hava hücumundan müdafiə sistemlərinin fəal axtarışına təhrik etdi. Türkiyə HHM sistemləri əldə etmək yönündə on ildən çoxdur iş görür, danışıqlar aparır.

Məqsəd Türkiyəni xarici təhlükələrdən daha qorunmuş etmək, sərhədlərimiz daxilində müdafiə qalxanı qurmaqdır. Məlum olduğu kimi, bölgəmiz narahatdır: connilər, hanslar, henrilər, riçardlar terrorçulardan alət kimi yararlanmaqla bölgəni yenidən tərtibləməyə çalışırlar. Bir ölkəni dağıdır, digərini yaradırlar. Məsələlərin bu cür durumunda istənilən vəziyyət və şəraitə hazır olmaq gərəkdir.

HHM sistemlərinin tədarükü ilə bağlı əhvalat çox uzundur… Lap başdan hadisələrin gedişini qısaca xülasə edək.

Suriyada savaşın sərtləşdiyi, sərhədlərimizin yanında terrorizm təhlükəsi zirvəyə çatdığı bir dövrdə NATO üzrə müttəfiqlərimizə fəal təpgi nəticəsində Türkiyədə «Patriot» batareyalarını yerləşdirə bildik. Təxminən, iki il qabaq bu batareyaları sanki əşyanı yanğından xilas edirmiş kimi tələsik götürdülər. ABŞ, Almaniya və Hollandiya bir-birinin  ardınca «Patriot» raketlərini Türkiyədən çıxartdı. Hətta müttəfiqlərimizin yardımına daha çox ehtiyacımız olduğu bir vaxtda bizi əliyalın qoydular. Bunu Türkiyəni küncə sıxmaq və dişbatar, təhlükə qarşısında müdafiəsiz etməkdən ötrü şüurlu şəkildə etdilər. Bu durum Türkiyəni daha intensiv axtarışlar aparmağa məcbur etdi.

Bu diplomatik xainliyə baxmayaraq, Türkiyə əvvəlcə öz seçimini NATO sistemlərinə inteqrasiya oluna biləcək sistem üzərində saxladı. Məsələn, Türkiyə «Patriot» raket sistemləri istehsal edən ABŞ-ın qapısını döydü. ABŞ bu sistemlərin Türkiyəyə satışına həvəssiz yanaşdı. Bundan başqa, o, Türkiyənin danışıqlarda prioritet şərt adlandırdığı texnologiyaların verilməsinə heç cür razılaşmadı. Orta və uzaq mənzilli HHM sistemləri üzrə ikinci alternativ kimi, Fransa və İtaliya hökumətlərinin dəstəklədiyi «EuroSam» konsorsiumunun istehsal etdiyi SAMP/T kompleksləri təqdim olundu.

Hansı qapını döyürük-döyək, qərbli müttəfiqlərimiz adlananlar, görünür, Türkiyənin NATO sisteminə inteqrasiya oluna bilən sistemi əldə etməkdən savayı, başqa bir seçimi olmadığını hesab edərək, təkliflərimizə könülsüz yanaşırdılar. Texniologiyaların verilməsi haqda isə hətta danışıq aparmağa da imkan vermirdilər.

Bundan başqa, çox baha qiymət istəyirdilər. Danışıqlardan boyun qaçırırdılar. Prosesi uzadırdılar. Və son nəticədə süründürmə taktikasına əl atdılar.

Bu prosesin lideri lap bu yaxınlarda bizim xırda miqyaslı hərbi tədarüklərimizi senatdan buraxmayan ABŞ və «Fərat qalxanı» əməliyyatından sonra təmirə ehtiyacı olan «Bəbir» tanklarımıza ehtiyat hissələr satmaqdan imtina etmiş almanlardır. Onlar öz mövqeləri ilə göstərdilər ki, hansı Türkiyəni arzulayırlar. Ki, Türkiyə həmişə onlara sarı əliuzalı qalsın, onların texnologiyasından asılı olsun və özü heç vaxt heç nə istehsal etməsin.

Təsadüfən deyil ki, prezident Rəcəb Tayib Ərdoğan deyir: «Pis qonşular bizi varlı etdilər».

Deməli, Ərdoğan bu günlərdə Türkiyənin Rusiyanın uzaqmənzilli S-400 HHM sistemlərini aldığı haqda bəyan edib və bu açıqlama Qərbi kədərə batırıb. Ərdoğan Rusiya ilə gərəkli addımların və imzaların atıldığını xəbər verərkən deyib: «İnşallah, S-400-ləri ölkəmizdə görəcəyik. Həm də onun birgə istehsalı üzərində işləyəcəyik». Və eyham vurub ki, tərəflər razılaşma əldə edilməsində xeyli uzağa gedib.

Bu aydın ifadələrdən anlamaq mümkün olduğu kimi, Türkiyə Rusiyadan S-400 HHM sistemlərini almağa çox yaxındır. Tərəflər prinsipial razılşama əldə edib və son ayrıntılar müzakirə olunur.

Türkiyə və Rusiya HHM sistemləri üzrə saziş bağlamağın son nöqtəsinə yaxınlaşarkən, ABŞ və Qərb dünyası çaxnaşmaya düşdü. Təşviş zirvəyə çatdı. Onlar durumun bütün ciddiliyini gördülər. Hansı balığı əldən buraxdıqlarını anladılar və indi bəyanatlar yağdırmağa başlayıblar. Onlar yenidən NATO vasitəsilə Türkiyəni əzmək istəyirlər. Bir tərəfdən deyirlər: «Türkiyə öz təhlükəsizliyini təmin etmək planında azaddır», amma o biri tərəfdən elə sıxışdırırlar ki, əslində, burunlarını daxili işlərimizə soxurlar. Əvvəlcə bu həftə ABŞ qərargah rəisləri Komitəsi başçısı Cozef Danford dedi: «Türkiyə S-400 üzrə Rusiya ilə saziş bağlasa, bu, narahatlıq doğuracaq».

Sonra Pentaqon rəsmi təmsilçisinin xəbərdarlığı gəldi. İndi ən cüzi böhranda gözdən itən ekspertlərin ağzıyla deyirlər: «Ərdoğan ocağa benzin tökür».

Onlar xəbərdarlıq edirlər ki, S-400-lərin alınması Türkiyənin ABŞ və NATO üzrə başqa müttəfiqləri ilə münaqişəsini dərinləşdirəcək. Onlar istəyirlər ki, Türkiyə geriyə daha bir addım atsın. Qarşılıqlı inam əsasında Rusiya ilə inkişaf etdirdiyi xeyirxah münasibətlərə məhəl qoymasın. Rusiya Türkiyəni «heç nəyə görə etibar edilməyəcək» ölkələr sırasına daxil etsin.

Keçmişdə əl uşağı kimi yararlanmağa alışdıqları Türkiyə yenidən qabaqlarında diz çöksün və əl uzatsın.

Bir güllə ilə bir sürü dovşan…

Türkiyəni bu qərardan imtinaya vadar etmək istəyənlərdən əvvəlcə sıradakını soruşmalıyam: Türkiyəni NATO-dan qıraqda alternativ aramağa kim məcbur edib?

Özləri çox gözəl bilirlər ki, bu gün gəldiyimiz nöqtə Qərblə münasibətlərdə gündən-günə getdikcə kəskinləşən etibar probleminin nəticəsidir.

Gəlin, Türkiyənin öz yoluyla getməyə məcbur olduğu bu cür duruma necə saldıqlarını yada salaq.

HHM sistemlərinin əldə edilməsi tenderində birinci yeri Çinin «CPMIEC», ikincini ABŞ-dan «Raytheon» firmaları, üçüncü yeri Avropanın «EUROSAM-T» konsorsiumu tutdu və Rusiyanın «Рособоронэкспорт» şirkəti axırıncı yerə qərarlaşdı. Biz Türkiyənin şərtlərini qəbul edən və ən yaxşı ərizə verən Çinin uzaqmənzilli FD-200 HHM raket sistemlərinə iddialıydıq. 2013-cü ilə yaxınlaşdıqca bir çox baxımdan aydınlaşdı ki, Çinlə danışıqlar yekun mərhələsinə yaxınlaşıb. Sonradan ABŞ-ın fəal əks-fəaliyyəti və dalbadal gələn hadisələr bu sazişi təxirə saldı. Türkiyə Çin alernativindən imtina etdi. Əvvəlcə ABŞ və AB-dən şirkətlərin daxil olduğu konsorsiumla danışıqlara başladı. Lakin yenə də alınmadı.

Onların mövqeyi əvvəllər keçirilən danışıqlardan heç nə ilə fərqlənmirdi. Türkiyə şərqə can atmağa məcbur oldu. Rusiya və Türkiyə qarşıdurmasının doğurduğu böyük böhranlardan sonra bu gün Rusiya ilə, qeyd olunduğu kimi, dünyada ən effektli və qabaqcıl S-400 sistemləri üzrə danışıqların son mərhələsinə yaxınlaşmışıq. Məlumat verilir ki, Rusiya S-400-ün ilk iki kompleksinin tədarükünü 2018-ci ildə həyata keçirə bilər. Birinci mərhələdə Türkiyəyə gələcək komplekslər təcili ehtiyaclarımızı ödəyəcək. Bir çox dövlətlərin bu kompleksi əldə etmək istəyinə baxmayaraq, Rusiya, Çin istisna olmaqla, hələ heç bir ölkəyə S-400 texnologiyalarını verməyib. Bundan başqa, Rusiya Türkiyə ilə birgə istehsal haqda sazişə də nail olub. Bu, mühüm üstünlükdür.

S-400 Türkiyənin bir çox baxımdan tələbatını tamamilə ödəyə biləcək sistemdir. Dünyada ən yaxşılarından biridir…

Qalxmış səs-küydən aydınlaşdığı kimi, onda olduqca yüksək səviyyəli önləmə potensialı var. S-400-ün ilk partiyası əlimizdə olanda bizim uzaqmənzilli və böyük yüksəklik fəaliyyəti olan HHM sistemimiz olacaq. Lakin əsas yekun hədəfimiz HHM-in milli sistemini yaratmaqdır.

Türkiyə son illərdə müdafiə sənayesi sahəsində böyük addımlar atıb. Uzaqmənzilli «yer-yer» sinifli «Bora» raketinin hazırlanması ilə bağlı işlər tam sürətlə davam edir. Vətən istehsalı olan «Hisar» raketləri də eyni qaydada… Sistemlərin layihəsi, ixtisası, gərəkli infrastrukturun yaradılması – hamısı mərhələli şəkildə planlaşdırılıb.

«Roketsan», «Aselsan», MKEK (Türkiyənin raket və hərbi aviasiya istehsalı sahəsində ixtisaslaşmış şirkətləri-tərc.) tam gücüylə işləyir. Qərb ölkələrinin niyə bu cür təşvişə düşdüyünə dönsək… Türkiyə kimi ölkə güclü ordusu ilə dünyada ən çox inkişaf etmiş HHM sistemlərindən birinə sahib olacaq. Hətta onu istehsal edə bilər. Onlar necə təşvişə düşməsinlər ki?

S-400-ün potensialına vətənin «Hisar» və «Bora» raketlərinin infrastrukturunu daim inkişaf etdirməyimiz əlavə olunanda onların əndişəsi daha da güclənir.

Gəlin unutmayaq ki, tarixin Türkiyənin çiyinlərinə qoyduğu rol onun düşmənlərini əməlli-başlı hürküdür.

Necə deyərlər, düşmənə vahimə, dosta etibar təlqin etmək lazımdır!