vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
13:53 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 2238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İfşa edərəm ...»

Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanin birinci prezidentinin böyük qızı Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə müsahibəsində bildirib ki, onun anasına şər atıblar, ona qarşı bəyanatlar saxtalaşdırılıb, babası qızının şöhrətinə qısqanclıqla yanaşıb. İslam özü isə Özbəkistan hökumətinin üzvlərinə qarşı ifşaedici materialların dərcinə hazırlaşır.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, avqustun 1-də kiçik İslam Kərimov Yaşnabad rayon məhkəməsinin qərarını əldə edib. Həmin sənəddə bildirilir ki, onun anası iyulun 3-də qəbul edilmiş qərarla həbs olunub, lakin saxlanıldığı yer göstərilmir.

Cinayət işində adı çəkilən 2 milyard dollara gəlincə, İslam Kərimov qeyd edib ki, bu məbləği sübuta yetirəcək heç bir fakt yoxdur və o, bir neçə dəfə artırılıb.

«Mən indi adlar çəkməyəcəyəm, lakin hakimiyyətdə olan – güc strukturlarından tutmuş hər bir nazirə qədər bir çox adamların layihələrlə bağlı böyük sənədi dərc etməyə hazırlaşırıq. Onların hər birinin daha böyük varidatı var – 2 milyard yox, 3-4 milyard və daha çox. Lakin heç kəs bu barədə danışmır», - kiçik İslam Kərimov bildirib.