vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
19:20 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudiyyədən şok qərar

Ər-Riyad Qırmızı dəniz sahillərində qadınların hicabsız gəzməsinə icazə verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı «dünya standartlarına uyğun» çimərlik quracaq. APA TV-nin məlumatına görə, Qırmızı dəniz sahilində yaradılacaq çimərlikdə qadınlar kişilərlə birgə və hicabsız istirahət edə biləcək.

Yarı müstəqil «vizasız özəl turistik bölgə»nin qurulması üçün Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu maliyyə ayıracaq. Çimərlikdə beynəlxalq standartlardakı qanunlar qüvvədə olacaq. Fonda rəhbərliyi şahzadə Məhəmməd bin Salmanda edəcək. Şahzadə eyni zamanda ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını aradan qaldırmağa cavabdeh şəxsdir. Turizm islahatlarda önəmli yer tutur. Qırmızı dəniz layihəsindən 15 milyard dollarlıq gəlir əldə edilməsi gözlənilir.  Çimərlik 200 km-lik dəniz sahilini əhatə edəcək.