vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
21:18 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1897 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəbələ» iddialıdır

10-cu qələbənin astanasında

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 33 qarşılaşma 2 gün ərzində keçiriləcək.

Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi «Qəbələ» sabah meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan «Panatinaikos»u ilə görüşəcək.

Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdı. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan «Qəbələ» pley-offa yüksəlmək üçün ən azı 2 top fərqilə sevinməlidir.

Qapısını toxunulmaz saxlasa, komandamıza minimal hesablı qələbə isə görüşün penaltilər seriyasına qədər sürməsi üçün yetərli olacaq. Lakin oyunsonrası lotereyada bəxtini sınamamaq üçün 2 top fərqli qələbə zəruridir.

2 il əvvəl «Panatinaikos»u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) «qırmızı-qaralar» evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Son 8 ev matçını qolsuz tərk etməyən «Qəbələ» afinalıların da qapısına yol tapmağa iddialıdır. Son iki mövsümdə qonaqların quru oyun keçirməsinə imkan verməyən təmsilçimiz qol vurmaqla yanaşı, qapısının toxunulmazlığını da düşünməyə məcburdu. Çünki buraxılacaq qol komandanın işini xeyli çətinləşdirəcək.

Qazanılacaq qələbə də «qırmızı-qaralar» üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadır. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir adım da yaxınlaşacaq.

Qeyd edək ki, sabah baş tutacaq «Qəbələ» – «Panatinaikos» görüşü saat 21:00-da başlayacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. «Qəbələ» (Azərbaycan) – «Panatinaikos» (Yunanıstan)

İngiltərəli hakimlər briqadası

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend 

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1