vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
21:34 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident iki yolun açılışında iştirak edib

5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. APA TV-nin məlumatına görə, «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə Bakıda avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Bu yol Azərbaycan prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyunca salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Yolun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi ərazilərdə isə yol tamamilə yeni yataq üzrə inşa olunub. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə inşası, ilk növbədə, nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, baş verə biləcək tıxacların qarşısının alınması, Bakı şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti yeni yolda avtomobili idarə edib.

Sonra dövlətimizin başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan prezidentinin Sərəncamına uyğun olaraq bu il ölkəmizdə reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır. Layihə çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki kəsişmələrdə yeni dairələr inşa olunub. Bu isə hərəkətin intensivliyini və təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır. Bundan başqa, Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurulub, onların eni 7 metrdən 12,5 metrə qədər genişləndirilib.

Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yol boyunca dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə də çətinlik yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər əsaslı surətdə aradan qaldırılıb. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Hər iki avtomobil yolunun açılışından sonra xatirə şəkilləri çəkdirilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *