vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
19:31 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 2492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Senatdan FİFA-ya müraciət

«Rusiyanı dünya çempionatının ev sahibliyindən məhrum edin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir qrup amerikalı senator FİFA-ya müraciət edərək 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün obyektlərin tikintisindəki əmək şəraitinin araşdırılmasını istəyib.

«RİA Novosti»nin verdiyi məlumata görə, müraciətdə bildirilir ki, FİFA fəhlələri və idmançıları məcburi əməkdən qoruyaraq insan haqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir: «Dünyanın ən önəmli idman hadisəsi planetin ən zəif insanlarının çiyinlərində qurula bilməz».

Senatorlar hesab edir ki, əmək hüquqlarının pozulması faktları təsdiqlənərsə, Rusiya dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum olunmalıdır.

Müraciəti respublikaçı və demokrat senatorlar – Marko Rubio, Bob Menendez, Riçard Blumental, Emi Klobuşar, Kori Qardner, Ed Marki, Şerrod Braun və David Pardyu imzalayıblar. Bu, senatorların bu yöndə ilk addımı deyil. Suriyanın İdlib vilayətində kimyəvi hücum hadisəsindən sonra senator R. Blumental FİFA-ya məktub yazaraq Bəşər Əsəd rejiminə dəstək verən Rusiyanın dünya çempionatını təşkil etmək hüququndan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, bir müddət əvvəl «The Guardian» qəzeti Rusiyada stadionların tikintisində iştirak edən şimali koreyalı fəhlələrin hüquqlarının pozulması ilə bağlı FİFA prezidenti Canni İnfantinonun məktubunu dərc edib. Lakin bir qədər sonra təşkilatdan bildiriblər ki, FİFA monitorinq qrupu araşdırma aparıb və obyektlərdə Şimali Koreyadan olan fəhlə aşkarlanmayıb.

Rusiyada dünya çempionatı 2018-ci ilin 14 iyun – 15 iyul tarixləri arasında keçirilməlidir. Oyunlar Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Samara, Kazan, Nijnıy Novqorod, Soçi, Yekaterinburq, Saransk və Rostovda oynanacaq.