vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ŞOU BİZNES  
20:46 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Emin Ağalarov Bakıda 5 milyon dollar xərcləyib

İş adamı festivalın gəlirlərinin xərclərini ödəmədiyini deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovun Bakıda ötən həftə keçirilən «Jara» musiqi festivalına nə qədər pul xərclədiyi açıqlanıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, festivalın təşkilatçılığına iş adamının 5 milyon dollar xərci çıxıb. Bu pullar Rusiya şou-biznesinin ulduzlarına verilən qonorarlara, onların Bakıdakı xərclərinə və s. sərf olunub. Festival Emin Ağalarovun şəxsi mülkü olan, Nardaranda , dəniz sahilində yerləşən «Sea Breeze» malikanəsində keçirildiyindən xərclərə bir qədər qənaət etmək mümkün olub, əks halda xərclər 5 milyon dolları keçərdi.

Festivala 50 min tamaşaçı qatılıb, biletlər bir ay əvvəldən satılıb qurtarmışdı. Biletlərin qiyməti 400 manat olsa da tamaşaçılardan daxil olan vəsait xərcləri ödəməyə bəs etməyib. Emin Ağalarov özü Rusiya mətbuatına müsahibəsində deyib ki, «Jara» festivalı xərclərini ödəmir və görünür daha bir neçə il belə olacaq. Buna baxmayaraq festival Emin Ağalarovun «Sea Breeze» malikanəsi ərazisində həyata keçirməyə hazırlaşdığı developer layihəsinin reklamıdır və biznesmen hesab edir ki, «Jara»ya pul xərcləsə də gələcəkdə bu pulları biznes layihələrindən geri qaytaracaq.

Çox maraqlıdır ki, satılan biletlərdən gələn gəlir 20 milyon manat edib. Bu da təxminən 11.765 milyon dollara bərabərdir. Ola bilər gəlirdən əlavə 5 milyon dollar xərclənib. Bu isə 17 milyon dollar və ya 28.5 milyon manat deməkdir. Qeyd edək ki, bu rəqəmlərə reklamdan və yayım hüququndan gələn gəlirlər daxil edilməyib.

Xatırladaq ki, festivala Rusiya şou-biznesinin bir çox tanınmış simaları qatılıb. Rusiya magazin mediası festivala güclü informasiya dəstəyi verib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *