vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
11:52 | 4 avqust 2017 | Cümə Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Galendewagen» iki Türkiyə vətəndaşını da vurub

Hadisə ilə bağlı cinayət işi açılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus «Mercedes Galendewagen» markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mehdi Əliyevin törətdiyi dəhşətli qəzada ölən və yaralananların adları polis tərəfindən açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, qəza nəticəsində avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bəzi hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtmobildə baş nazirin müavininin nəvəsi də olub və xəsarətlər alıb, lakin onu tələsik avtomobildən çıxararaq aparıblar. Hələlik Əli Həsənovun özü və ya ailə üzvlərindən qəza ilə bağlı şərh verən olmayıb.

Bu arada PrimeTime.az saytı iddia edir ki, Nail Allahverdiyev qəzada ağır yaralanıb və hazırda xəstəxanalardan birindədir. Onun avtomobildə yanğın baş verməzdən əvvəl son anda yerə atıldığı bildirilir. Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: «Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır».

O da bildirilir ki, 1995-ci ildə anadan olmuş Nail Allahverdiyev bizneslə məşğuldur, məşhur «Soho» klubunun sahibidir, onun ötən ayın 19-da toy mərasiminin olduğu da məlum olub.