vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
12:02 | 4 avqust 2017 | Cümə Məqaləyə 2133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampı gözləyən «Sırat körpüsü»

ABŞ prezidentinin Rusiya istintaqı başlayır, andlılar heyəti çağrılır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran prokuror andlılar heyəti çağırıb. Media ehtimal edir ki, prokuror Robert Mueller cinayət məsuliyyətinə cəlb etmək istiqamətində ilk addım atıb.

«Reuters» yazır ki, andlılar heyəti prezident Donald Trampın oğlunun rusiyalı hüquqşünasla 2016-cı ilin iyununda görüşünə görə çağrılıb.

Prezident, Hillari Klintona qalib gəlmək üçün Kremllə gizlicə sövdələşməni ehtimal edən hər kəsə hücum edib.

Andlılar heyəti nəzərdən keçirilən sübutların cinayət işi açmaq üçün yetərli olub-olmamasına qərar verməlidir. Onlar potensial cavabdehi təqsirləndirmir.

Sadə vətəndaşlardan ibarət bu qrup prokurora, həmçinin sənədləri əldə etmək, şahidləri dindirmək və ya məhkəmə əmrləri verə bilməyə imkan yaradır.


İndi məsələ çox ciddidir


Robert Muellerin xüsusi müşavir araşdırması Tramp administrasiyası üçün həmişə narahatlıq doğurub. İndi isə bu daha ciddi məsələdir. Vaşinqtonda andlılar heyətinin çağrılması və bunun oğul Donald Trampın Rusiya vətəndaşı arasında görüşünə aid edilməsi istintaqın prezidentin daxili çevrəsində cəmləşdiyini göstərir.

Cənab Muellerin ətrafınaveteran prokurorları və müstəntiqləri topladığından bu, böyük şok kimi qəbul edilməməlidir. Lakin bu, cinayət ittihamları ilə nəticələnə biləcək zəruri bir addımdır. Ən azından bu, cənab Muellerin keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flinn (Michael Flynn) və onun lobbiçiliyi barədə şübhələrdən daha böyük işin izində olduğunun əlamətidir. Bu onu da göstərir ki, istintaq yaxın vaxtlarda bitməyə bilər.

Bundan əvvəl, Rusiya istintaqı haqqında böyük informasiyalar üzə çıxarkən cənab Tramp rəqiblərini kəskin tənqid edib. İndi o necə cavab verəcək?

Prezident Tramp və Rusiya indiyədək bütün sövdələşmə barədə iddiaları rədd ediblər.

Cənab Tramp cümə axşamı günü Qərbi Vircinayada, Hantinqtonda tərəfdarları ilə keçirdiyi nümayişdə deyib ki, Rusiyanın seçkilərə müdaxiləsinə dair şübhələr ABŞ-ı aşağılayan «saxta» və «uydurma» məlumatdır.

«Rusiya hekayəsi - tamamilə uydurmadır- Sadəcə ABŞ siyasət tarixində ən böyük uduzmanı necəsə izah etmək lazımdır», o bildirib.

Prezident əlavə edib ki, «prokuror yaxşı olardı ki, Hillari Klintonun silinmiş 33 min elektron məktubları ilə məşğul olsun».